Maştağa qəsəbəsində “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi icra olunur

3

 Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi  tərəfindən  Sabunçu rayonu Maştağa qəsəbəsində  K.Məmmədov adına 209 №-li, C. Cabbarlı adına 187 №-li, 255 №-li, C. Nurməmmədov adına 108 №-li və Ə. Vahid adına 293 №-li tam orta məktəblərdə “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası davam etdirilir.

 “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi həmin təhsil ocaqlarında  pedaqoji kollektivlə razılaşdırılaraq, könüllülük prinsipi əsasında, ibtidai sinif şagirdlərinin asudə vaxtlarında, onların fərdi meyl, maraq və həvəslərinə  nəzərə alınmaqla  keçirilir.

Əhalinin sayına və nəqliyyat vasitələrinin çoxluğuna görə meqapolisə çevrilmiş Bakı şəhərində tez-tez yol qəzaları baş verir. Bu yol qəzalarında uşaq  əlilliyi, hətta  uşaq ölümü ilə nəticələnən  faciələr də olur.

“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin məqsədi yol təhlükəsizliyi qaydalarına riayət olunması istiqamətində ibtiudai sinif şagirdlərinə yeni məlumatlar vermək, onlarda yeni praktik vərdişlər formalaşdırmaqdır, yolu keçərkən, zəruri praktik vərdişləri öyrənməklə ,daha diqqətli olmalarına sövq etməkdir, bununla yanaşı, valıdeynlərlə maarifləndirmə işini genişləndirmək və ictimaiyyətin bu problemə diqqətini artırmaqdır.

 “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək ! ”layihəsini  ibtidai sinif şagirdləri ilə icra edərkən ,uşaq birliyində tərtib olunmuş  və onların, fərd olaraq, hər birinin, bilavasitə,  aktiv iştirakını nəzərdə tutan rollu, süjetli  praktik təlim Proqramından istifadə edir.

 İctimai birlik oyun və əyləncə vasitələri, eləcə də xüsusi avadanlıq, əyani vəsaitlər, nəqliyyat vasitələrinin rəmzi olan xüsusi aşırma geyimlərdən  istifadə edir. Şagirdlərə faydalı vərdişləri aşılamaq üçün yuxarı sinif şagirdlərindən bir qrupu, könüllü qismində, praktik təlimlərdə iştirak edirlər. Onlar, kiçik yaşlı  məktəblilərlə qarşılıqlı ünsiyyət qurur, yol təhlükəsizliyi barədə söhbətlər aparır, işıqfor, yol nişanları,  nəqliyyat vasitələrinin sürətli hərəkəti haqqında sual- cavab edirlər.

    “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihə iştirakçılarını qarşıda nümunəvi praktik məşğələlər,” 4 Yol ayrıcı  “dekorasiyası qurularaq maraqlı, süjetli, rollu oyunlar gözləyir.

      Ümid edirik ki, ibtidai sinif şagirdlərindən ibarət 150 nəfərlik kontingent layihə ərzində yol hərəkəti qaydalarının öyrənilməsində və həmin qaydalara ciddi riayət olunmasında uğurlar qazanacaq, küçədə, yolda, fərdi təhlükəsizlikləri naminə daha diqqətli olacaqlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3 thoughts on “Maştağa qəsəbəsində “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi icra olunur

  1. Geri izləmə: รับทำ SEO
  2. Geri izləmə: vigrx plus

Comments are closed.

Next Post

“Sən kimi seçirsən - sevdiklərini, yoxsa narkotiki! “adlı layihənin hazırlıq işləri başa çatıb

Ca Okt 6 , 2022
Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sən kimi seçirsən – sevdiklərini, yoxsa narkotiki! adlı sosial çarxın çəkilişi həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Qeyri-Hökumət […]

Kateqoriyalar