“Əsas Həyat Bacarıqları” layihəsinin 7-ci təlim günü keçirilib

5

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində yeddinci təlim təşkil olunub.

Yeddinci təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha bir mövzu təşkil edilib. Təlimin on üçüncü mövzusu “Problem həlletmə” olub. Bu sessiyada iştirakçılar problem həlletmənin 6 mərhələsini öyrəniblər. Bu mərhələlərdən istifadə etməklə icmaya aid problemi qrup şəklində müzakirə ediblər. Sonda gənclər problem həlletmə işinin qərar qəbuletmə prosesi ilə əlaqələndirilməsini təcrübədən keçiriblər.

Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir.

Növbəti təlim 14 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.

 

5 thoughts on ““Əsas Həyat Bacarıqları” layihəsinin 7-ci təlim günü keçirilib

  1. Geri izləmə: พอตไฟฟ้า
  2. Geri izləmə: wa dultogel

Comments are closed.

Next Post

“Sosial Dayaq” əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya təşkil edir

Ç Okt 12 , 2022
Share on Facebook Tweet it “Sosial Dayaq”  İctimai Birliyinin  Azərbaycan  Respublikasının     Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi Agentliyinin   maliyyə  dəstəyi  ilə  Siyəzən rayonunda  həyata keçirdiyi  “Müxtəlif əlilliyi olan uşaqlar üçün sosial reabiltasiyanın  təşkili” layihəsi    davam edir.  Bu barədə təşkilatın sədri Qərənfil  Niftəliyeva məlumat verərək qeyd edib ki, […]

Əlaqəli yazılar

Kateqoriyalar