“İcraetmə bacarıqları” mövzusunda təlim keçirilib – FOTO

12
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində doqquzuncu təlim təşkil olunub.
 
 Doqquzuncu təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha bir mövzu keçirilib. Təlimin on beşinci mövzusu “İcraetmə bacarıqları” olub. Bu sessiyada iştirakçılar aşağıdakıları öyrəniblər: 
  • etmək istədikləri və etməli olduqları işlər arasında fərqi;
  • məhsuldarlığa mane olan 2 ən böyük əngəli – işə başlamaq çətinliyini və perfeksionizmi;
  • işi diqqət mərkəzində saxlamaq və icra etmək üçün “Pomidor üsulu”nun tətbiqi yollarını.
 
 Qeyd edək ki, layihənin müddəti iki aydır, 01 sentyabr tarixindən start götürüb və 01 noyabr 2022-ci il tarixdə yekunlaşacaqdır. Layihə müddətində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, layihədə tərəfdaş qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi çıxış edir.
 
 Sonuncu təlim 21 oktyabr tarixində Qazax Gənclər Evində təşkil olunacaq.

12 thoughts on ““İcraetmə bacarıqları” mövzusunda təlim keçirilib – FOTO

  1. Geri izləmə: alpha88 pc
  2. Geri izləmə: click here
  3. Geri izləmə: buy weed in paris
  4. Geri izləmə: พนันบอลauto
  5. Geri izləmə: Discover More
  6. Geri izləmə: see this page
  7. Geri izləmə: สล็อต

Comments are closed.

Next Post

Layihənin icrasına Lerik rayonundan start verilib

Ç Okt 19 , 2022
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi layihənin ilkin mərhələsi Lerik rayonundan start götürüb.   “Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində nəzərdə tutulduğu kimi ilk […]

Kateqoriyalar