“Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində Zaqatala rayonunda tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Zaqatala Rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirib.

 

QHT.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və Balakən rayonu gəncləri iştirak etmişdir. Tədbirdə çıxış edən “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək təşkilatın fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, ictimai birlik fəaliyyət başladığı gündən etibarən şəhid ailələrinin, qazi və müharibə iştirakçılarının mütəmadi olaraq qayğısına qalmışdır.

 

Eyni zamanda layihə barədə də məlumat verərək bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”- nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Balakən, Zaqatala, Qax və Şəki rayonlarında şəhid və qazi ailələri ziyarət olunması nəzərdə tutulur. 

 

Daha sonra, Zaqatala rayonu İcra Hakimiyyətinin nümayəndəsi Anar Seyidov çıxış edərək ictimai birliklərin daima şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına diqqət və qayğını əsirgəməmələrini, onlara hər zaman mənəvi olaraq dəstək olmalarını vurğuladı.  

 

Tədbirdə “Zəfər tarixi”-mizə həsr olunan video təqdimat nümayiş olundu. Sonda Zaqatala rayonu Şəhidlər Xiyabanı ziyarət olundu və xatirə şəkli çəkildi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Next Post

“Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda dəyirmi masa keçirilib

Ca Okt 20 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1581/#MFU2QTU0MTEtMzA Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün “Təhsilin keyfiyyətinin yüksəldilməsində inovativ təlim metodları” mövzusunda dəyirmi masa keçirildi.   Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli […]

Əlaqəli yazılar

Kateqoriyalar