Maştağa qəsəbəsində “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi davam edir

Diqqət ! Sabunçu rayonu, Maştağa qəsəbəsində «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası davam edir.

Bu gün (oktyabrın 21-də) Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Kamal Məmmədov adına 209 № li tam orta məktəbdə xüsusi canlanma var idi.

Bu gün dödüncülərin, könüllülük prinsipi əsasında qoşulduqları «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi ilə bağlı rollu, süjetli, hərəkətli Oyun keçiriləcəkdi.

Bu layihənin məktəbdə icrası, məktəblilərin çox xoşuna gəlmişdi. Axı onlar, maraqlı, öyrədici oyun formasında, yol hərəkəti qaydalarını öyrənir, yeni məlumatlar eşidir, yeni vərdişlər qazanırdılar.
Layihənin rəhbəri N.Nəcəfov bildirmişdi ki, yol hərəkəti qaydalarını əyani vəsaitlərin, yeni xüsusi avadanlığın köməyi ilə öyrənəndə, hafizədə daha yaxşı qalır.

Ümumiyyətlə, «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək !» layihəsi başlanan gündən dördüncülər, asudə vaxtlarında, kağız və kartondan yol nişanları, işıqfor, nəqliyyat vasitələri kəsib düzəldir və bacarıqlarını artırırdılar. Nəhayət 21 oktyabr gəldi və bu gündə onları çox maraqlı, hərəkətli, öyrədici oyun gözləyir. Budur, valideynlər ikibir, üçbir məktəbin Akt zalına toplaşmağa başladılar. K.Məmmədov adına 209 № li tam orta məktəbin akt zalına xüsusi tərtibat verilmiş, «4 yol ayrıcı» dekorasiyası qurulmuşdur. Burada səki rəmzləri, yol nişanları, təcili və təxirəsalınmaz xidmət göstəriciləri ,işıqforlar və keçid zolaqları yaradılmışdır.

 

Şagirdlərin gözlədikləri an gəldi, tədbir başladı.
Məktəbin direktoru S.Ağayeva valideynləri salamlayaraq yol hərəkəti qaydaları istiqamətində uşaqların maarifləndirilməsinin əhəmiyyətindən danışdı. Sonra layihənin məqsədi barəsində layihə rəhbəri N.Nəcəfov çıxış etdi. Tədbirdə 30 nəfər şagird layihə ərzində qazandıqları yeni bacarıqları, vərdişləri rollu oyun formasında nümayiş etdirdilər. Sonda, 30 şagirdə hədiyyələr təqdim olundu. Bütün bu anları video çəkiliş vasitəsi ilə elektron yaddaşa köçürüldü. və foto görüntülərdə qeyd olundu. Dördüncülərin sevinci yerə-göyə sığmırdı. Axı onlar 10 yaş həddində olan uşaqlar səviyyəsində yol hərəkəti qaydalarına yaxşı yiyələnmışdilər.

 

 

Fotolar

Next Post

Şanlı Vətənim Azərbaycan!” müsabiqəsi davam edir

C Okt 21 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1601/#NjAwX2M3M2Q2MDE “Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblərində “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili”layihəsini həyata keçirir.Seçilmiş 3 orta məktəblərdə xor kollektivlərinin məşqləri davam edir. Bu barədə  QHT.az -a “Bizim şəhər” Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyinin […]

Əlaqəli yazılar

Kateqoriyalar