Regionlarda qadın və qızların peşə təhsili ilə bağlı növbəti tədbir Astarada baş tutub – FOTO

4

“Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində növbəti tədbir Astara rayonunda baş tutub.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 2 ay ərzində həyata keçirdiyi layihənin əsas istiqaməti məktəbdə təhsil alan qızların peşə təhsili və onun əhəmiyyəti barədə məlumatlandırılmasıdır.

Eyni zamanda qadın və qızların iqtisadi cəhətdən sərbəst olmaları, özləri üçün iş yeri qura bilmələri məqsədilə onların maarifləndirilməsi və özünüməşğulluğa cəlb olunması istiqamətində addımların atılmasından ibarətdir.

Bu məqsədlə Astara rayonunda “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin sədri, ekspert İradə Əlili tərəfindən seminar və iqtisadçı-ekspert Rəşad Həsənov tərəfindən isə təlim keçirilmişdir.

Tədbir iştirakçılarına maarifləndirmə materialları paylanılmışdır.

 

Fotolar

4 thoughts on “Regionlarda qadın və qızların peşə təhsili ilə bağlı növbəti tədbir Astarada baş tutub – FOTO

  1. Geri izləmə: buy drivers license
  2. Geri izləmə: gazibo

Comments are closed.

Next Post

Layihə çərçivəsində 20 sahibkarlıq subyektində maarifləndirmə işi aprılıb 

Be Okt 24 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1610/#SU1HXzgwODAtMzA Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsini davam etdirir. Layihə çərçivəsində Quba və Xaçmaz rayonlarının hər […]

Əlaqəli yazılar

Kateqoriyalar