– FOTO

- " /> – FOTO

- " />
 

İnsan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə tədbirləri davam edir – FOTO

Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “COVID-19 postpademiyası dövründə insan alveri və ona qarşı mübarizə tədbirləri çərçivəsində genişləndirilmiş maarifləndirmə tədbirlərinin təşkili” layihəsini davam etdirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində Quba və Xaçmaz rayonlarında polis əməkdaşları üçün maarifləndirmə tədbirləri təşkil edilib.

Maarifləndimə tədbirlərinin açılışında çıxış edən Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Polkovnik-leytinanat İbrahim Əhmədov və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev layihənin məqsədindən, respublikamızda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətindən, insan alverinin insan hüquq və azadlıqlarına yaratdığı təhlükədən, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətindən, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarından, insan alverinin bütün formalarının qarşısının alınması və bu cinayətin qurbanlarının reabilitasiyası istiqamətində görülən işlərdən söz açıblar.

Daha sonra Xaçmaz rayonu Polis Şöbəsinin Xidmət üzrə rəis müavini polkovnik-leytenant Rafael Cəfərov, Quba Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polkovnik-leytenantı Vüsal Rüstəmov və digərləri ilə çıxışlarında bu sahədə məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.
Tədbirlərdə 50 nəfərə yaxın polis əməkdaşı iştirak etmişdir.

 






 

Next Post

Yuxarı sinif şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirilib

Bz Okt 30 , 2022
Sumqayıt şəhəri 28 saylı orta məktəbində yuxarı  sinif şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminar   keçirildi QHT.az xəbər verir ki, peşə təhsilinin inkişafı istiqamətində bir sıra qərarlar qəbul edilməklə dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Qərarlar nə qədər mükəmməl olsada ondan məktəb şagirdləri məlumatsız olurlar. Bu məqsədlə […]

Kateqoriyalar