– FOTO

- " /> – FOTO

- " />
 

“Gender Əsaslı Zorakılığa Məruz Qalan Şəxslərlə Sosial İşin Təşkili” layihəsinin yekun konfransı keçirilib – FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Sosial İş” İctimai Birliyi tərəfindən keçirilən “Gender Əsaslı Zorakılığa Məruz Qalan Şəxslərlə Sosial İşin Təşkili” layihəsinin Yekun konfransı keçirilib

21 Oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Sosial İş İctimai Birliyinin həyata keçirdiyi “Gender əsaslı zorakılığa məruz qalan şəxslərlə sosial işin təşkili” layihəsinin yekun konfransı keçirib.

Konfransda Azərbaycan Sosial İş İctimai birliyinin İdarə heyətinin üzvləri və həmtəsisçiləri , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin , Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin, ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələri, Sosial işin tədris olunduğu bir sıra universitetlərin tələbə və müəllim heyəti, gənclər iştirak edib.

Azərbaycan Sosial İş İctimai Birliyinin İcraçı direktor müavini Tural Mirzəyev tədbirin açılış nitqində layihənin əsas məqsədindən, gender əsaslı zorakılığa qarşı mübarizənin əhəmiyyətindən danışıb. Layihənin bu mübarizədə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan Sosial İş İctimai birliyinin İdarə heyətinin üzvü və həmtəsisçisi Amalya Sezgin çıxışında Birliyin yaradılmasının tarixi, Azərbaycanda Sosial işin inkişafı barədə söhbət açıb və zorakılığın qarşısının alınması istiqamətində Birliyin apardığı layihənin gedişatı barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva zorakılığın həlli istiqamətində dövlət müəssisələrinin rolun, digər müəssisələrlə uşaq və gender zorakılığı mövzunda gələcək üçün nəzərdə tutulan layihələrdən və bu layihələrin əhəmiyyətindən danışıb.
Ph.D. MSW. Vaşinqton Universitetinin Postdoktoral Tədqiqatçısı və eyni zamanda AZSİİB-in həmtəsisçisi Aytəkin Hüseynli ümumilikdə öz nitqində zorakılığın diferensiasiyası, yerli və beynəlxalq təcrübədə sosial işçi və psixoloqların gender əsaslı zorakılıq hallarının qarşısının alınması üçün tətbiq etdiyi mexanizmlərdən danışıb. Eyni zamanda zorakılığın qarşısı alınmadıqda, bir sıra xroniki, psixosomatik xəstəliklərin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinin və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə qeyd edib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Öz nitqində Tural Hüseynzadə ayrı-ayrı ölkələrin müqayisəli analizini təqdim edərək, davamlı gender bərabərsizliyi olan ölkələrdə yüksək yoxsulluq, aclıq, xəstəlik və digər çatışmazlıqların olduğunu vurğulayıb.

Tədbirin davamında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş şöbəsinin baş məsləhətçisi Zülfiyyə Sadıqova gender əsaslı zorakılıq və psixoloji yanaşmalar mövzusunda çıxışında zorakılığın təkcə ailə-məişət zəmnində fiziki şiddət olmadığını, ümumilikdə psixoloji, bioloji, emosional zorakılıqlarında bu anlayışı əhatə etdiyini qeyd edir. Mövcud problemlərin həllinin əsasında qadın hüquqları, məişət zorakılığı, qızların təhsildən yayındırılması, erkən yaşda ailə qurması halları, texniki-peşə təhsilinə yiyələnə bilməməsindən bəhs edir və xüsusi ilə qız uşaqları arasında maarifləndirmənin aparılmasının vacibliyini qeyd edir. Bu fikirlərə dəstək olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin Direktoru Sitarə Əhmədova mərkəzin fəaliyyətindən, zorakılığa məruz qalmış vətəndaşlarla aparılan sosial psixoloji reabilitasiyadan və bir neçə uğur keyslərindən bəhs edib.

ÜST-nın sosial iş üzrə eksperti Sara Ağayeva öz nitqində Sosial işin peşə kimi önəmindən, sosial işçinin müvafiq praktiki bilik və bacarıqlara yiyələnməsinin əhəmiyyətindən danışaraq, risk qrupuna daxil olan zorakılığa məruz qalan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumat verib.
Konfransın sonunda Azərbaycan Sosial İş İctimai Birliyinin İcraçı direktoru Sənan Ağayev layihənin gedişatı barədə öz fikirlərini bölüşüb. Sonda Birliyin Gəncə və Sumqayıtda apardığı təlimlərin qısa video-çarxı iştirakçılara təqdim olunub.

 

 

Fotolar


Paylaş

 

 

Next Post

Regionlarda qadın və qızların peşə təhsili ilə bağlı növbəti tədbir Astarada baş tutub - FOTO

Şb Okt 22 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1643/#MzEyNjIxMzQxXzU “Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihə çərçivəsində növbəti tədbir Astara rayonunda baş tutub. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 2 ay ərzində […]

Əlaqəli yazılar

Kateqoriyalar