“Ana Kür” İctimai Birliyi “Kür çayının və onun sahillərinin  ekoloji vəziyyəti “ barədə konfrans keçirlib

Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Kür çayı ərazilərində ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək” layihəsi çərçivəsində sonuncu tədbirini “ Kür çayının və onun sahillərinin ekoloji vəziyyəti”–nə həsr edilmiş konfransla yekunlaşdırmışdir. Salyan şəhərinin ən böyük təhsil ocağı hesab edilən 2 saylı tam orta məktəbində keçirilən tədbirdə rayoin icra hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şirvan Milli Parkının, Salyan şəhər bələdiyyəsinin, rayonun yaşıllıq, kommunal, epidemioloji xidmət təşkilatlarının səlahiyyətli nümayəndələri, məktəb rəhbərliyinin, ictimai təşkilatların, QHT və yerli KİV-lərin təmsilçiləri, şəhər sakinləri iştirak etmişlər.

“Ana Kür” İctimai Birliyinin sədri və layihə rəhbəri Rüstəm Məlikov konfransın işini acıq elan etmiş və torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalının, düşmənin davam edən təxribatlarının qarşısının alınmasında igidlik göstərərək şəhidlik zirvəsinə uçalmış qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Layihə rəhbəri bildirmişdir ki, beynəlxalq tədbirlərin gündəliyində daimi yer alan ətraf mühitin qorunması problemi indi dünya ictimaiyyətini daha ciddi narahat etməkdədir. Dünyanın bir parçası olan Azərbaycan Respublikasının vətəndaşları da bu məsələdə biganə deyildirlər. Xüsusən, son 30 ildə düşmən işğalı altında qalmış və müzəffər ordumuz tərəfindən iki il əvvəl azad edilmiş Qarabağımızda ətraf mühitə, yeraltı və yürüstü sərvətlərimizə qarşı törədilən ekoloji terora dünya ictimaiyyəti hələ lazımı qiymət verməmişdir. Bütün bunlarla yanaşı Qafqazın ən böyük çaylarından biri hesab olunan Kür çayına da respublikamızın ərazisinə daxil olana qədər qonşu respublikaların ərazilərində həddindən artıq zəhərli kimyəvi maddələr axıdılır.Təəssüf ki, Qazaf rayonundan daxil olaraq 900 kilometdrən çox məsafədə axaraq dənizə tökülən cay respublikamızın ərazisində də müxtəlif arzuolunmaz təsirlərə məruz qalır, nəticədə Kür çayının və sahillərinin biomüxtəlifliyi pozulur. Təəssüflə qeyd edilməlidir ki, bu təsirlər hələ də davam etmədə, adına “Ana Kür” dediyimiz, şəninə mahnılar qoşduğumuz doğma çayımız bu gün sanki ekoloji ömrünün son mərhələsini yaşamaqdadır.

Layihə rəhbəri konfrans iştirakçılarının nəzərinə çatdırmışdır ki, icra müddədində indiyə kimi bir layihə təqdimatı və yeddi dəyirmi masa keçirilmişdir. Əsasən Kür çayı sahillərində yerləşən məktəblərdə təşkil edilən tədbirlər və burada iştirak edən məktəb kollektivi, ictimaiyyət nümayəndələri, yerli sakinlərlə aparılan söhbətlər, diskusiyalar onu göstərdi ki, insanlar Kür çayının, bütövlükdə ətraf mühitin qorunmasına çox maraqlıdırlar. Bəzi yerlərdə çay sahilləridə yeni yaşıllıqların salınması və mühafizəsi də təşkil edilmişdir. Bütövlükdə isə Kür çayı sahillərindəki ekoloji vəziyyət bu gün ölkəmizdə dövlətimiz tərəfindən təbiətin qorunasına aid həyata keçirilən ekoloji problemlərin həllində arzu olunan səviyyədə deyildir. Bu gün Kür çayının suyunun içmək üçün yararlılıq səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab vermir. Bununla bərabər çayın hər iki sahilində yaşıllıqların mühafizəsi, yeni əmələ gələn ağacların mal-qaraya yedizdirilməsi, sahillərin zibillənməsi yolverilməzdir.

Konfransada çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin aparıcı mütəxəssisi Sevinc Səmədova, 3 saylı Regional Təbii Sərvətlər idarəsinin əməkdaşı Gülhüseyn Ağayev, Şirvan Milli Parkının direktor müavini Seymur Kərimov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova, içtimaiyyət nümayəndələri adından Arif Ələskgərov, Məhəmməd Ağayev, Şəhər bələdiyyəsinin sədr müavini Ağabəy Hüseynov, şəhər Mənzil istismar və komunal təsərrüfatı idarəsinin sahə rəisi Nazir Bəşirov, Nəbi İbrahimov və başqaları tədbirin çox lazımlı mövzuya həsr olunduğöunu qeyd etməklə yanaşı bildirmişlər ki, Kür çayının sahillərinin zibilliklərdən azad olunmamasının bir səbəbi də çaya çıxış yerlərində zibil qablarının sayının az olması, insanların fərdi mal – qarasının otarılması üçün şəraitin olmamasıdır.

Bütün bunlarla bərabər, istər şəhərin zibil tullantılarının daha mükəmməl idarə olunması, istərsə də çay sahillərinin istirahət məkanına çevrilməsi üçün hər birimiz düşünməli, məhv olmaqda olan biomüxtəlixliyin qarşısının alınmasına, onun bərpa edilməsinə, su mənbələrimizin mühafizəsinə, sudan qənaətlə istifadə olunmasına töhfə verə bilərik. İcra müddətində keçirilən iməciliklər, müxtəlif məzmunli ekoloji tədbirlər buna sübutdur. Bu isdə isə maarifləndirmə ən mühüm məsələdir. İcra müddətində fəaliyyət planında nəzərdə tutulan tədbirlər barədə ölkənin aparıcı xəbər saytlarında 50 –dən çox xəbər yayılmış, müxtəlif məzmunlu yazılar çap edilmişdir. İştirakçılara və digər benifisarlara 300-dən çox Press-Relizlər paylanmışdır.
Konfransada cəmi iki ay davam etmiş layihənin ictimai birliyin nəzdində içtimai əsaslarla fəaliyyət göstərən layihənin İctimai Ekoloji Şura tərəfindən davam etdirlməsi barədə təkiliflər də müsbət qarşılanmışdır.
Çay süfrəsi arxasında keçən dəyirmi masada iştirakçılara Press-Relizlər və “Ana Kür” qəzetinin son sayının nümunələri paylanmış və xatirə şəkil çəkdirilmişdir.

 

 

Fotolar

Next Post

Layihə çərçivəsində Şabranda plakat – panno quraşdırılıb - FOTO

C Noy 4 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1669/#MTY2NjY4MTAyNDQ Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının  Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şabran rayonunda ətraf  mühitin qorunması, yaşıllıqların artırılması və meşə massivlərinin  mühafizəsinin ekoloji tarazlıqın təmin olunmasında mühüm rolu” mövzusunda təbliqat və təşviqat işlərinin […]

Əlaqəli yazılar

Kateqoriyalar