“Azad Həmfikirlər” 4 rayonda təlimlər təşkil edəcək

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Məişət zorakılığına məruz qalmış qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” layihəsinin icrasına başlayıb.
Bu barədə QHT.az-a təşkilatın sədri Samirə Mustafayeva məlumat verib. Təşkilat sədri bildirib ki, layihə məişət zorakılığına məruz qalmış qadınların və kənd yerlrində yaşayan, zorakılığa məruz qalma risqi altında olan qadinların dünyaya baxışını dəyişməkdən ibarətdir.
Göyçay, İsmayıllı, Şamaxı və Tovuz rayonlarını baş tutan layihə çərçivəsində 200 qadın treninqlərə cəlb olunacaq.
Eyni zamanda məişət zorakılığına məruz qalmış qadınlara və onların ailələrinə hüquqi yardım göstərilməsi nəzərdə tutulub.

Next Post

<strong>Şuranın baş mühasibi <font color= "#ff0000"> CANLI YAYIM</font>-da QHT-lərin suallarını cavablandıracaq</strong>

Ça Sen 17 , 2019
Şura e-məsləhət xidmətini davam etdirir. 18 sentyabr 2019-cu il, saat 15:00-da SƏLİS-in e-məsləhət xidməti çərçivəsində Şuranın Katibliyinin baş mühasibi Emin Məmmədov qurumun rəsmi feysbuq səhifəsində canlı yayımda çıxış edəcək, həmçinin QHT-lərin suallarını cavablandıracaq.

Kateqoriyalar