Xankəndi MKD İB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ” Ölümə doğru 3 addım, yaxud 20 gün erməni əsrliyində ” filmini ərsəyə gətirib.
Film sovetler dönəmində, 1980- ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə (Mardakert) rayonunda 2-ci katib işləyən Qarabağ ziyalısı Arif Əliyevin ermənilər tərəfindən girov götürülərək 20 günlük əsirlik həyatından bəhs edir. Filmin təqdimatı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 21 senyabr saat 12.00- da mədəniyyet evində olacaq.