“Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib

Müvəkkil Hüquq Mərkəzi  “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin yekun tədbirini keçirib.
Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Könül Quliyeva bildirib ki, 2019-cu ildə ölkəmizdə aparılan vergi islahatlarının təşviq edilməsi və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə müxtəlif qurumlar tərəfindən tədbirlər keçirilib. QHT-lər də bu islahata öz tövhələrini verməkdədirlər.
Daha sonra çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan layihə 5 ay müddətində reallaşıb. Layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərlə bağlı maarifləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində “Sahibkarın vergi bələdçisi” adlı buklet çap olunub və sahibkarlar arasında paylanılıb.
Səməd Vəkilov bildirib ki, Tərtər, Quba, Qusar və Xaçmaz rayonlarında sahibkarlarla maarifləndirici görüşlər keçirilib. Onlara hüquqi yardımlar göstərilib.
Bundan başqa təşkilatın internet saytı vasitəsi ilə Vergi islahatları mövzusunda təbliğat işləri aparılıb.
Tədbir müzakirələrlə davam edib. Çıxışçılar bu sahədə maarifləndirmə fəaliyyətinin vacib olduğunu bildirib və təkliflər irəli sürüblər.

Next Post

BMT-dən yeni vakansiya!

Ça Sen 24 , 2019
Agentlik: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR Azerbaijan) ✔️Vəzifə: Project Control Associate Müraciət üçün son gün: 30 sentyabr. Project Control Associate Title of Post Project Control Associate Category/grade General Service, G6 Post Number NP202258 Type of contract Fixed-term appointment Location Baku, Azerbaijan Date of Issue 23 September 2019 Effective date […]

Kateqoriyalar