“Kür-Xəzər Xeyriyyə” təşkilatı parça torbaların təbliğatını davam etdirir – Fotolar

“Kür-Xəzər Xeyriyyə” İctimai Birliyinin sədri Akif Kərimov bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub, Fondun prezidenti Umud Mirzəyevlə görüşüb.

A.Kərimov BAMF prezidentinə rəhbərlik etdiyi təşkilatın yeni layihəsi barədə məlumat verib. O, bildirib ki, qlobal istiləşmə, ekologiyanın pozulmasını tənzimləmək üçün Avropada, bütün dünyada işlər gedir.

“O cümlədən bizim Azərbaycanda da bu işlər davam edir. Bilirsiniz ki, Prezident İlham Əliyev bu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” barədə sərəncam imzalayıb.

Bizim məqsədimiz də sərəncamdan irəli gələrək, plastik kütlələrin və qabların aradan qaldırılması, yerində kağız və parçadan, pambıq parçalardan ibarət torbaların tikilməsi üzrə təbliğatın və təşviqatın aparılmasıdır. Biz buna görə də lahiyəmizi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasına təqdim etdik və bizim lahiyəmiz keçdi. Layihə çərçivəsində hazırladığımız parça torbaları bütün idarə və müəssisələrə, nazirliklərə təqdim edirik.

Üzümüzü xalqa tuturuq ki, salafan torbalar xəstəlik törədir, hətta ekologiyanı pozur. Ətrafa dağılan o torbalar heç vaxt torpaqda həll olunmur. Amma bu pambıq torbalar həll olur və gübrə kimi də istifadə  olunur. Hətta praktiklarda da var ki, dənizdə balinanın başına böyük plastik torba keçib və boğulub. Digər heyvanlar onu yeyərkən həmin salafan mədələrinə düşür və ölürlər. Açıb görürlər ki, həmin salafan torbalardır ki, yeyib və məhv olublar. Bunun qarşısını almaq üçün Azərbaycan vətəndaşları, hər bir cəmiyyətin üzvləri bilməlidirlər ki, plastik torbalardan istifadəni azaltmaq lazımdır və bu torbaları aradan çıxarmaq lazımdır. Bu səbəbdən də biz bu lahiyəni həyata keçirdik.

Yaxşı olardı ki, bizim biznesmenlər, iş adamları münasib qiymətlərə parçadan torbalar təşkil etsinlər və təbliğ etsinlər. Bunlardan istifadə etsinlər, bizim təbiəti qorusunlar. Hər birimizin məqsədi təbiəti qorumaqdır”.

BAMF prezidenti Umud Mirzəyev isə “Kür-Xəzər Xeyriyyə” İctimai Birliyinin sözügedən layihəsini təqdir edərək, ekologiyanın qorunması naminə digər ölkələrdə olduğu kimi Azərbaycanda da plastik torbalardan istifadənin tədricən aradan qaldırılmasının vacibliyini vurğulayıb. Sonda A.Kərimov layihə çərçivəsində hazırladıqları pambıq parçadan ibarət torbanı U.Mirzəyevə təqdim edib.

 

Next Post

2019-cü ilin İctimai Şurası

Ç Okt 2 , 2019
Share on Facebook Tweet it

Əlaqəli yazılar

Kateqoriyalar