
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir.
Bu fəaliyyət çərçivəsində Mingəçevir, Şirvan və Quba-Xaçmaz ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları təmsilçilərinin genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyasında rolunun və iştirakçılığının artırılması üçün kiçik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulub.
Xidmət təkliflərinin qəbulu 25 Oktyabr 2019-ci il tarixinədək açıq elan edilir.