Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi “Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq”layihəsinin icrası cərcivəsində Qazax Olimpiya İdman Kompleksində Aprel 2016-cı il döyüşlərində Şəhid olmuş Orucov Mühid Qurban oğlu,Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir davam edir.
03.10.2019-cu il tarixdə turnirin ücüncü günündə yarımfinal oyununda 4 komanda güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
1) Qazaxbəyli – Aşağı Salahlı 0-0 (pen 0-3)
2) Şəhər №2 – Aslanbəyli 2-0
04.10.2019-cu il tarixdə final oyunları keciriləcəkdir.Saat 10:30-da Qazaxbəyli və Aslanbəyli 3-4 yer uğrunda mübarizə aparacaqlar.Turnirin acılışı və 1-2 yerlər uğrunda oyunlar saat 11:00-da başlayacaq və Aşağı Salahlı ilə Şəhər№2 komandaları qarşı-qarşı ya gələcəklər.