“Azad Həmfikrlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində ilk marrifləndirmə tədbir Şamaxı rayonunda baş tutub.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə Şamaxı rayon İcra Hakimiyyəti nümayəndəsi açaraq, layihənin aktuallğı barədə öz fikrlərini bildirib.
Daha sonra çıxış edən edən “Azad Həmfikrlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri və layihə rəhbəri Samirə Mustafayeva bildirib ki, layihənin məqsədi məişətdə zorakılığa məruz qalan qadınların maarifləndirilməsindən və onlara hüquqi yardımın göstərilməsindən ibarətdir.
Məişət zorakılığnın hüquqi və sosial aspektləri üzrə ekspert Mətanət Əsgərova və Ruhiyyə Aslanova mövzi bağlı fikirlərini bildiblər.
Tədbirin sonunda iştirakşıların sualları cavablandırılıb.