“İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Şamaxı rayon gəncləri ilə görüş keçirilib

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində bu dəfə Şamaxı rayon gəncləri ilə görüşmüşlər.
Uşaq və Gənclər Regional Mərkəzində gənclərə maarifləndirici təlim keçirilmişdir. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin məsul işçisi də iştirak etmişdir. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva qarşıdan gələn seçkilərin keçirilməsi ilə bağlı layihənin aktuallığından danışmışdır.
Sonra layıhənin təlimçi-ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova gənclərə  İlk dəfə səs verən gənclərin seçki prosesinə geniş cəlb olunmasından danışmış, qarşıdan gələn seçkilərdə gənclərə seçki prosesində fəal iştirak etməyi tövsiyə olunmasına kömək etmək üçün onlara seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və vacibliyi barədə maarifləndirici təlim-seminar keçirilmişdir.

Next Post

Atıcılıq idman növü üzrə turnir keçiriləcək

Ça Okt 22 , 2019
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai birliyi “Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində gənclər və yeniyetmələr arası “Qəhramanlar unudulmur” devizi altında Atıcılıq üzrə açıq Qazax rayon turniri keçirəcək. Turnir 23.10.2019-cu il tarixdə saat 10-00 da Qazax Olimpiya İdman Kompleksində keçiriləcək.Turnirdə İştirak etmək istəyənlər […]

Kateqoriyalar