“Gənclərin Həmrəyliyi” İctimai Birliyinin növbəti təlimi baş tutub

2
AR Gənclər Fondunun 2019-cu ildə 12-ci qrant müsabiqəsində “Regionlarda gənclər arasında könüllülüyün təşviqi” layihəsi ilə qalib olmuş “Gənclərin Həmrəyliyi” İctimai Birliyi 4 rayon üzrə təlimlərə başlayıb. Növbəti təlim isə Şəmkirdə baş tutub.
QHT.az xəbər verir ki,  Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən tədbirdə “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva layihə haqqında məlumat verib. Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Kənan İbrahimov təlimin Şəmkirdə könüllü gənclərin uğurlu fəaliyyətini qeyd edərək təlimə uğurlar arzulayıb.
Sonra Kazım Məmmədov gənclərə könüllülük nədir, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, onun gənclərin inkişafında və karyerasında uğuru və könüllülüyün inkişafının Azərbaycan modeli barədə təlim keçib. Tədbir qruplarla iş, interaktiv və həvəsləndirici oyunlarla və çay süfrəsi ətrafında müzakirələrlə davam edib.Sonda təlimdə iştirak edən 25 gəncə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən sertifikat təqdim olunub.

2 thoughts on ““Gənclərin Həmrəyliyi” İctimai Birliyinin növbəti təlimi baş tutub

  1. Geri izləmə: jarisakti

Comments are closed.

Next Post

BMT-də yeni vakansiyalar!

Ça Okt 22 , 2019
Share on Facebook Tweet it Vəzifə: Executive associate (Rezident əlaqələndiricinin ofisi, müraciət üçün son gün – 1 noyabr 2019) https://grant.az/?p=415/#am9icy0xLTMwMHg Executive Associate to Resident Coordinator I. Position Information Job code title:Executive Associate to UN Resident Coordinator (RC) Pre-classified Grade: GS-6 Supervisor :UN Resident Coordinator II. Organizational Context Under the guidance […]

Əlaqəli yazılar

Kateqoriyalar