Genderə-həssas dayanıqlı inkişaf məqsədlərinin hədəf və indikatorları üzrə tədqiqat işləri üçün müraciətlərin qəbulu açıq elan edilir

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. 

Bu fəaliyyət çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları, beyin mərkəzləri təmsilçilərinin, müstəqil tədqiqatçıların genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının ölkədə icrası vəziyyətinə dair kiçik tədqiqat işlərinin dəstəklənməsi nəzərdə tutulub.
Bu məqsədlə tədqiqat işlərinin qəbulu 15 Noyabr 2019-ci il tarixinədək açıq elan edilir.

Next Post

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünasların nəzərinə!

Ç Okt 30 , 2019
Noyabr ayında Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yenidən təlimlərə başlayır! Təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir. Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq: • BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının […]

Kateqoriyalar