
Bu fəaliyyət çərçivəsində aztəminatlı ailələrin üzvlərinə davamlı və keyfiyyətli hüquqi və psixoloji yardımlar göstəriləcəkdir. Xidmətlər Sumqayıt şəhərində yerləşən Mərkəzdə həyata keçirilir (Ünvan: Sumqayıt şəhəri, 1-ci mikrarayon, bina 45B. Tel: (018) 64 -2 – 48 – 27) Fəaliyyət çərçivəsində xidmətlərin səyyar formada Sumqayıt şəhəri ətraf regionlarında da təşkili nəzərdə tutulmuşdur.
23 noyabr 2019-cu il tarixində saat 10:00-dan saat 15:00 kimi Quba şəhəri, Y.Qasımov küçəsi 9 ünvanında yerləşən “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi”-ində Quba şəhəri və ətraf rayonların sakinlərinə pulsuz hüquqi və psixoloji yardımlar göstəriləcəkdir. Xidmətlərdən yararlanmaq istəyən bütün şəxslər müraciət edə bilərlər (Əlaqə Mob (050) 300 87 88).
3 thoughts on “Quba şəhərində pulsuz hüquqi və psixoloji xidmətlər təşkil olunacaq”
Comments are closed.