BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı silsilə təlimlərə başlayıb

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı vətəndaş cəmiyyəti təşkilatları, hüquq cəmiyyətinin nümayəndələri və hüquq fakultəsi tələbələri üçün silsilə təlimlərə başlayıb.

Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən təlimlərdə iştirakçılar BMT-nin ixtisaslaşmış qurumları və onların mandatları, BMT-nin Müqavilə Orqanlarının yekun qeyd və müşahidələrinin hüquqi təhlili haqda məlumat alır, o cümlədən milli tərəfdaşların BMT məkanında insan hüquqlarının təbliğində iştirakı mexanizmlərini öyrənirlər.

Təlimlərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının azərbaycan dilinə tərcümə olunmuş nəşrləri təmin olunur.

Silsilə təlimlər, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi insan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması layihəsi çərçivəsində təşkil edilir.

 

Next Post

Media nümayəndələri əlilliyi olan insanlarla əlaqədar materiallara həssaslıqla yanaşmalıdır

Ça Noy 12 , 2019
Share on Facebook Tweet it https://grant.az/?p=494/#MTAwMDAtMy0xMDI “Təəssüf ki, bəzi kütləvi informasiya vasitələrinin əməkdaşları sağlamlıq imkanları məhdud və əlilliyi olan insanlar barəsində elə yanlış və ehtiyatsız ifadələr işlədir ki, onlara dəstək vermək əvəzinə əksinə, xeyli dərəcədə inciklik və narazılıq yaradırlar. Onlar həmin kateqoriyaya məxsus olanlar barədə bəhs edərkən bir sıra hallarda […]

Əlaqəli yazılar

Kateqoriyalar