Mövzu: “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” sənədli filmi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində erməni vandalizmi ilə üzləşən və taleləri məlum olmayan insanların həyatına həsr olunub. Müharibənin fəsadları nəticəsində minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların əksəriyyətinin taleyi hələ də məlum deyil.
Məqsəd o insanların yaşadıqları ağrı-acını, dəhşətləri göstərməkdir. Burada ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin miqyası, dəhşətləri təsvir edilir. Film üç nəfər – bir əsir, bir girov və bir itkin azərbaycanlı üzərində qurulub və eyni, oxşar taleni yaşayan minlərin faciəsini, hiss-həyəcanını təqdim edir. Hər üç xarakterin prototipləri (siluet şəklində təqdim edilir) başlarına gələn dəhşətləri danışmaqla erməni vəhşiliyi haqqında məlumat verirlər. Bu insanlar yurd-yuvalarını itirməklə yanaşı, erməni zorakılığının qurbanlarına çevriliblər.
Filmdə həmin insanların yaxınları da danışır və əzizlərinin taleləri haqqında məlumat verir, bu illər ərzində çəkdilkləri əzabları dilə gətirirlər. Filmdə 1 kişi, 1 qadın və 1 uşağın silueti-yəni əsir, girov və itkin düşən şəxslərin prototipləri də o insanların həyat tarixçələrini danışır. Film həm də ingilis dilində subtitrla təqdim edilir.
“Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib.
QEYD: Təqdimatda ölkənin tanınmış jurnalistləri, ziyalılar, ekspertlər, əsir və girov götürlmüş, itkin düşmüş şəxlərin ailə üzvləri iştirak edəcək.
Nə vaxt, harada: 16 noyabr 2019-cu il, Beynəlxalq Mətbuat Mərkəzi. Bakı şəh. Mətbuat pr., 529-cu məh., bina 23, 6-cı mərtəbə
Əlaqə: Bəsti Nəsibova – “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İB-nin sədri
Email: nasibovabesti@gmail.com Telefon: 051 241 05 15, 012 410 99 60
9 thoughts on ““Qırmızı nitq” sənədli filminin təqdimatı keçiriləcək”
Comments are closed.