Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi “İmadədin Nəsiminin 650 illik yubileyinə” həsr olunmuş tədbirlərə start verib

2

VMGİB Mətbuat Xidməti xəbər verir ki, bu günlərdə (23.11.2019) Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şirasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihsinə start vermişdir.

Ümumilikdə Bakı şəhəri üzrə 4 və Xankəndi rayon Nizami Gəncəvi adına 4 saylı tam orta məktəblərində bu layihənin gerçəkləşməsi nəzərdə tutulub.İlk olaraq 23 noyabr tarixində Xankəndi rayon Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbində “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsi həyata keçirilmişdir.
 Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cəmilə Əhmədova layihəni həyata keçirən QHT-yə, Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) öz minnətdarlığını bildirmiş və sözü VMGİB-in nümayəndəsi, layihə rəhbəri Nəsimi Qarabağlıya vermişdir. N.Qarabağlı ilk öncə layihə haqda şagirdlərə məlumat verərək bildirmişdir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.
 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev imadədin Nəsiminin 650 illik yubileyini nəzərə alara1 2019-cu ili “Nəsimi ili” elan edib. Bu səbəbdən dövlət və qeyri dövlət qurumlarında, “Nəsimi ili” nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. VMGİB-də bundan çıxış edərək, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini təqdim etmiş və layihə Şura tərəfindən dəstəklənmişdir. 
Layihənin məqsədi olaraq siz şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirlərindən, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsindən və onun Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin ədəbi şer-qəzəl dünyasından tanış olacağıq.

Daha sonra, təşkilat tərəfindən şagirdlərlə birgə hazırkadıqları Nəsimi yaradıcılığına və həyatına həsr ddilmiş qısa video rolik nümayiş etdirilmiş, şagirdlərin ifasında Nəsimi qəzəlləri səsləndirilmiş, Nəsimilə bağlı qarşılıqlı diskusiyalar aparılmışdır. Layihə çərçivəsində hazırlanmış bukletlər, qeyd kitabçaları və qələmlər şagirdlərə paylanmışdır.

Şagirdlər arasında 6 fəal şagird VMGİB-in Fəxri Fərmanı ilə təltif edildilər. Daha sonra N.Qarabağlı Təhsil Nazirliyinə, Bakı şəhər Təhsil idarəsinə, Şuşa rayon Təhsil şöbəsinə, məktəb rəhbərliyinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün və eləcədə
dəvət olunan QHT lər, “Dünya Azərbaycanlılarınln Vətənpərvərləri” İB “Çanaqqala” elmi-humanitar İB, “Ədib” İB nümayəndələrinə öz minnətdarlığını bildirdi.
Layihənin sonunda şagirdlərlə birgə xatirə şəkilləri çəkdirilərək, çay süfrəsi arxasında davam etdirildi. Qeyd edək ki, layihə davam edir.

2 thoughts on “Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi “İmadədin Nəsiminin 650 illik yubileyinə” həsr olunmuş tədbirlərə start verib

  1. Geri izləmə: Thai food nyc

Comments are closed.

Next Post

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirləri davam etdirir

Ç Noy 27 , 2019
Share on Facebook Tweet it Noyabrın 25-də Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) 62 saylı məktəb-liseydə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini həyata keçirmişdir.İlk olaraq tədbiri giriş sözü ilə açan məktəbin […]

Əlaqəli yazılar

Kateqoriyalar