Cizgi filmi və 6 informasiya bülleteninin surdotərcümə formatında təqdimat mərasimi keçirilib – Fotolar

Dekabrın 9-da Nizami Kino Mərkəzində “Yalançı çoban” cizgi filminin və vətənpərvərlik mövzusunda 6 informasiya bülleteninin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdotərcümə versiyalarının təqdimatı keçirilib.
Təqdimat mərasimində hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti məhdud uşaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri Cəsarət Hüseynzadə cizgi filmi və informasiya bülletenlərinin surdotərcümə versiyalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin əməkdaşlığı çərçivəsində hazırlandığını qeyd edib. Onun verdiyi məlumata görə, bundan əvvəl “Bir qalanın sirri” və “Nəsimi” filmlərinin surdotərcümə versiyalarının təqdimatları keçirilib. Layihə rəhbəri eşitmə və nitq məhdudiyyətli uşaqlar üçün “Yalançı çoban” cizgi filminin, “Aprel döyüşləri”, “Qarabağ dərdimiz”, “Azərbaycanın Milli Qəhrəmanları”, “Mübariz İbrahimov”, “Xocalı soyqırımı”, “Din nədir” mövzularında informasiya bülletenlərinin surdotərcümə formatında təqdimat mərasimlərinin də keçirildiyini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri Akif Kərimov, Məmmədhəsən Həsənov, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova, Azərbaycan Respublikasının Qarabağ Əlilləri və Veteranları İB-nin sədri Növrəstə Yusifova və başqaları çıxış edərək eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında belə layihələrin böyük rol oynadığını bildiriblər.
Sonra layihə çərçivəsində hazırlanan cizgi filminin və vətənpərvərlik mövzularında olan informasiya bülletenlərinin surdotərcümə versiyaları təqdim edilib.
Tədbirdən sonra filmi seyr edən eşitmə və nitq imkanları məhdud uşaqlar axşam yeməyinə dəvət olunublar.

Next Post

QHT üzvləri Ulu Öndərin abidəsini ziyarət ediblər

Ca Dek 12 , 2019
Share on Facebook Tweet it “Etimad” uşaq və gənclərə psixoloji dayaq İctimai Birliyinin yeniyetmə üzvləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar. Yeniyetmələr Ümummilli Liderimizin vəfatının ildönümü ilə əlaqədar Sumqayıt şəhərindəki Heydər Əliyev parkında olublar. Parkda Heydər Əliyevin abidəsi qarçısında Ulu Öndərin xatisəni bir dəqiqəlik sükutla yad ediblər, abidə önünə gül düzüblər.   Yeniyetmələrə […]

Əlaqəli yazılar

Kateqoriyalar