Şuranın dəstəyilə 77 aztəminatlı ailəyə ərzaq yardımı kuponu göndərilib

Azərbaycan Respublikasının Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Sərhəd rayonunda (Qazax) aztəminatlı ailələrə sosial yardımın göstərilməsi” adlı layihəsini davam etdirir. layihə çərçivəsində Qazax rayonunda 77 aztəminatlı ailəyə ərzaq yardımının göstərilməsini nəzərdə tutulub.
Layihənin icrası çərçivəsində 18.08.2020-ci il tarixdə “Əsədoğlu”marketlər şəbəkəsinin rəhbərliyi ilə kuponla ərzaq alınması barədə razılıq əldə olunaraq müqavilə imzalanmışdır. Müqaviləyə əsasən marketlər şəbəkəsindən nəzərdə tutulmuş 77 ailə ücün ərzaq kuponları alınmışdır.Vətandaşlar kupon vasitəsi ilə ərzaqın alınmasını cox məmnunluqla qarşılamışdırlar.
24-25 avqust 2020-ci il tarixlərində “Azəripoçt”MMC-nin Qazax filialından ərzaq almaq ücün kuponları məktub vasitəsi ilə təyin olunmuş vətəndaşlara göndərilməsi ücün poçtun məsul işçisinə təhvil verilmişdir. Məktubların yazılması və sifariş verilməsi zamanı Şəmkir Regional QHT-nin Resurs və Təlim Mərkəzinin nümayəndəsidə iştirak etmiş və işlərin təşkilini yüksək qiymətləndirmişdir.“Biz birlikdə güclüyük” devizi altında keçirilən layihənin növbəti etapında kuponların vətandaşlara catması ilə əlaqədar ciddi şəkildə manitorinq aparılacaqdır.

Next Post

Gənc Mühasiblər Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər üçün təlimi keçib

C Sen 4 , 2020
Share on Facebook Tweet it Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir. QHT.az xəbər verir ki, sentyabrın 4-də  layihə çərçivəsində Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korparativlərinin iştirakı ilə  ilk təlimi […]

Əlaqəli yazılar

Kateqoriyalar