Gənc Mühasiblər Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər üçün təlimi keçib

Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir. QHT.az xəbər verir ki, sentyabrın 4-də  layihə çərçivəsində Xaçmaz rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korparativlərinin iştirakı ilə  ilk təlimi keçirilib. 
Onlayn tədbiri Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva açaraq, layihə və təşkilat haqqında geniş məlumat verib. Təşkilat rəhbəri eyni zamanda təlimlərə dəstək  göstərdiyi üçün Xaçmaz Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirb.Təlimdə Azərbaycan Fermerlər Assosiasiyasının (AFA)  sədri Pərviz İlyasov çıxış edərək kənd təsərrüfatı sahəsində olan yeniliklər, bu sahəyə olan dövlət dəstəyi, subsidiyalar və buna bənzər mövzular haqqında geniş məlumat verərək, iştirakçılar tərəfindən ünvanlanan suallara cavab vermişdir.Təlimçi İsa Şəfiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi islahatlar, kənd təsərrüfatı ilə əlaqədar olaraq informasiya əldə etmək üçün verilənlər bazasının formalaşdırılması, EKTİS-dən qeydiyyatdan keçmə, subsidiyaların verilməsi və s. aktual mövzularda məlumat verərək, kənd təsərüffatı korparativi nümayəndələri ilə fermerlərin təklif və iradlarını aidiyyatı orqanlara çatdırmaq üçün onları yaxından dinləmişdir.Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. 

Next Post

Gənc Mühasiblər layihə çərçivəsində növbəti təlim keçirib

Be Sen 14 , 2020
Share on Facebook Tweet it Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir. QHT.az xəbər verir ki, sentyabrın 11-də  layihə çərçivəsində Quba rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə ikinci […]

Əlaqəli yazılar

Kateqoriyalar