Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək

4

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsinin icrasına başlayıb.Təşkilatdan verilən məlumatda qeyd edilir ki, layihə 3 ay müddətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi  QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin  öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir.Bu məqsədlə QHT-lərin fəaliyyəti və maliyyə mənbələri ilə bağlı milli və xarici qanunvericiliyin, praktikanın araşdırılması və bu istiqamətdə müzakirələrin təşkili həyata keçiriləcək. Qeyd olunan istiqamətdə həmçinin  8 veriliş (reportajlar,  müsahibələr və canlı yayımlar) təşkil olunacaq və 1 videorolik hazırlanacaq.Eyni zamanda layihə çərçivəsində qabaqcıl ölkələrdə QHT-lərin fəaliyyətinin təmizləyən hüquqi çərçivə haqqında məlumatlar toplanaraq, ixtisaslaşmış saytda xüsusi bölməyə daxil ediləcək.Layihənin sonunda qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı təkliflər müvafiq qurumlara təqdim olunacaq. 

4 thoughts on “Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək

  1. Geri izləmə: xo666
  2. Geri izləmə: perfection tire
  3. Geri izləmə: recurve bow
  4. Geri izləmə: link alternatif sahabatqq

Comments are closed.

Next Post

Fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib

Ça Sen 15 , 2020
Share on Facebook Tweet it Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir. QHT.az xəbər verir ki, sentyabrın 15-də  layihə çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü […]

Əlaqəli yazılar

Kateqoriyalar