“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Gəncə və Xaçmazdan olan iştirakçılarlar növbəti təlimi baş tutmuşdur. 18.10.2020-ci il tarixində baş tutan və mövzusu “Vergi Məcəlləsinin mühasibat uçotunda yeri” olan təlimə Gəncədən 20, Xaçmazdan 8 nəfər iştirakçı qatılmışdır. Təlimdə Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Rahim Rəhimli də iştirak edərək iştirakçılara uğur arzulamışdır. Təlimçi İsa Şəfiyev təlimin yekununda iştirakçıların suallarını cavablandırmışdır. Təlim interaktiv şəkildə həyata keçirilmişdir.
“Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Next Post
Debat: Əliməmməd Nuriyev və Hafiz Həsəbov
Ç Noy 18 , 2020
Debatda Azərbaycanda QHT-lərin dövlət qeydiyyatı, onlar qarşı cərimələr, QHT-lərin hesabatlığı ilə bağlı məsələləri müzakirə edəcəyik. Bu məsələlərlə bağlı Açıq Hökumət Platformasının hazırladığı təkliflər barədə məlumat veriləcək. Debatda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Hüquq və İnkişaf” İctimai Birliyinin sdəri Hafiz Həsəbov iştirak edir. Bu debat AR […]

Əlaqəli yazılar
-
22 Oktyabr 2019
Atıcılıq idman növü üzrə turnir keçiriləcək
-
06 Dekabr 2020
Layihə çərçivəsində növbəti canlı yayım reallaşıb
-
13 Oktyabr 2022
QHT-dən çağırış: Ekoloji tələblərə ciddi əməl etməlıyik