“Vergi Məcəlləsinin mühasibat uçotunda yeri” mövzusunda təlim keçirilib

1

“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Gəncə və Xaçmazdan olan iştirakçılarla son təlimi baş tutmuşdur.  19.10.2020-ci il tarixində baş tutan və mövzusu “Vergi Məcəlləsinin mühasibat uçotunda yeri” olan təlimə Gəncədən 20, Xaçmazdan 8 nəfər iştirakçı qatılmışdır. Təlimçi İsa Şəfiyev təlimin yekununda iştirakçıların suallarını cavablandırmışdır. Təlim iştirakçıların iştirakı ilə interaktiv şəkildə həyata keçirilmişdir. “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar xoş sözlərini bildirərək belə təlimlərin sayının artmasını vurğulamışdırlar. İştirakçılar eyni zamanda bu fürsəti yaratdığı üçün Azərbaycan Respublikası Gənclər Fondu və “Gənc Mühasiblər” İctimai Birliyinə təşəkkürlərini bildirmişdirlər.

One thought on ““Vergi Məcəlləsinin mühasibat uçotunda yeri” mövzusunda təlim keçirilib

Comments are closed.

Next Post

Məhəmməd Quluzadə: Xarici maliyyə mənbələrinə çıxış imkanı açıq olmalı, nəzarət isə güclənməlidir - VİDEO

Ç Noy 25 , 2020
Share on Facebook Tweet it

Əlaqəli yazılar

Kateqoriyalar