Şura Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub

2

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsinə yekun vurub. Məlumat üçün bildiririk ki, 4-10 sentyabr 2019-cu il tarixlərini əhatə edən qrant müsabiqəsinə 26 layihə təqdim olunub. Layihələrin ekspertizası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin mütəxəssisləri və müstəqil ekspert tərəfindən aparılıb.  Bu layihələrdən 12-sinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Müsabiqə nəticələrindən narazı qalan QHT-lər 25 sentyabr 2019-cu il, saat 18:00-dək Şuranın Apelyasiya Komissiyasına müraciət edə bilər. Müsabiqə qalibi olan QHT-lər 20-27 sentyabr 2019-cu il tarixlərində e-növbə proqramı vasitəsilə layihə sənədlərini razılaşdıraraq Şura ilə müqavilə bağlaya bilər.

5-ci müsabiqədə maliyyələşməyən layihələr.docx

5-ci müsabiqənin qalibleri.docx

2 thoughts on “Şura Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub

  1. Geri izləmə: bondage málaga

Comments are closed.

Next Post

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər

C Sen 20 , 2019
Share on Facebook Tweet it Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası cərcivəsində 19.09.2019-cu il tarixdə Qazax rayonundan 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhramanlarımızın məzarları və ailələri ziyarət edilmişdir. Birinci tədbir Aprel döyüşlərində şəhid olmuş əsgər Əliyev […]

Əlaqəli yazılar

Kateqoriyalar