“Sosial Dayaq” İctimai Birliyi yeni layihənin icrasına başlıyıb

3

“Sosial Dayaq”  İctimai Birliyi  Siyəzən rayonunda   Azərbaycan  Respublikasının Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi Agentliyinin  maliyyə  dəstəyi  ilə “Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili  layihəsini   həyata keçirir.   

Layihə  çərçivəsində  müxtəlif   əlilliyi olan (autizm, əqli gerilik,  uşaq serebral iflici, nitqin və intelektin  ləngiməsi  və s.) uşaqların    ilkin  ehtiyacları (göz kontaktı,ünsiyyət, nitq və səslərin düzgün  tələffüzü,  fiziki  məhdudiyyət, koordinasiya  və  əqli inkişafın ləngiməsi prosesi və s.)   öyrənilmiş, bu problemlərin  həlli üçün  uyğun təlimlərin  keçirilməsinə başlanılmışdır. 

 Aşkar olunmuş problemlər üzərində təlim strategiyası müəyyən olunmuş, yaş normativləri nəzərə alınmaqla hər  uşağın  inkişafı  üçün  ayrı-ayrılıqda   təlimlər keçirilir. Təlimlər  bu sahə üzrə təcrübə toplamış təhsilli  mütəxəssislər  tərəfindən aparılır. Təlimlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün  lazımı vəsaitlər alınmışdır.

Təlimlərə valideyinlər də cəlb olunmuşdur.  Onlarla  öz  uşaqlarına  erkən  yardım etmək  və  onları müdafiə etmə  bacarıqlarının  artırılması üçün maarifləndirmə işi aparılır. 

 Uşaqlarının  sağlamlığı məqsədilə  dövlət uşaq tibb müəssisələrinin  əlçatanlığı təmin olunması  və  uşaqlara xidmət göstərən mərkəzlərlə əlaqələr  yaradılması ilə əlaqədar tədbirlər görülür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3 thoughts on ““Sosial Dayaq” İctimai Birliyi yeni layihənin icrasına başlıyıb

  1. Geri izləmə: clique e baixe aqui

Comments are closed.

Next Post

"Ana Kür” İctimai Birliyi regionda ekoloji maarifləndirmə işlərinə başlayır

Ç Sen 21 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1428/#NTU1NTU0NS0zMDB Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək” layihəsinin icrasına start vermişdir. Azadmedia.az xəbər verir ki, bu […]

Əlaqəli yazılar

Kateqoriyalar