“Narkotiksiz Sağlam Həyat” devizi altında Atıcılıq idman növü üzrə yarış keçirilib – FOTO

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin  icrası çərçivəsində  19.10.2022 – ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası “Narkotiksiz Sağlam Həyat” devizi altında Atıcılıq idman növü  üzrə açıq Qazax rayon turnirini keçirmişdir. 

       Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi  bir dəqiyqalıq sükütla yad edildi. Tədbirin açılışında cıxış edən layihə rəhbəri, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib, tədbirin əhəmiyyətindən danışıb. A.Əliyev bildirib ki, layihənin əsas məqsədi Qazax rayonunda insanların, xüsusən də gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışlarının keçirilməsinə, gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların sağlam həyat tərzini seçməsinə kömək etmək, gəncləri bədən tərbiyəsi və idmana yönəltməkdir.

Daha sonra ardıcıllıqla çıxış edənlər Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini, Qarabağ müharibəsi qazisi Aliyev Namiq Famil oğlu , Qazi Muşviq Eyyubov, Qazax UGİM direktoru Namazov Rəhim turnir iştirakçılarına uğurlar arzuladılar və gəncləri pis vərdişlərdən uzaq olmağa , bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdırlar. 

       Mütəxəsislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verildi . Turnirdə 73 gənc qeydiyyatdan keçmişdir.Qəhramanlar Unudulmur devizi altında kecirilmiş  turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və 4 kateqoriya üzrə qaliblər müəyyən olmuşdur .

Kateqoriyalar üzrə  fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimi olmuşdur:
I yer – Əliyev Uğur  (25 xal  I kateqoriya )
I yer – Məmmədəliyev Məhərrəm (23 xal  II kateqoriya)
I yer – Allahverdiyev Orxan  (22 xal  III kateqoriya)
I yer – Qocayev Yasin  (22 xal   IV kateqoriya)
II yer – Məmmədov Aqşin  ( 21  xal I kateqoriya)
II yer – Orucov Samir  ( 20  xal  II kateqoriya)
II yer – Hüseyinli Abdullah  (18  xal  III kateqoriya)
II yer – Namazov Raul  (17  xal  IV kateqoriya)
III yer – Nadirov Rəvan  (16 xal I kateqoriya)
III yer –Məhərrəmov Aqşin  (15 xal II kateqoriya)
III yer –İbrahimov Əhməd  (14 xal  III kateqoriya )
III yer –Ağamalıyev Zirəddin  (14 xal  IV kateqoriya)

Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.
Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar belə tədbirlərin tez tez kecirilməsini arzulamışlar və
Narkotiksiz Sağlam Həyat şuarını səsləndirmişdirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Next Post

“Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində Zaqatala rayonunda tədbir keçirilib

Ca Okt 20 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1578/#MTY2NjE4Mzg2N18 Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi çərçivəsində 14 oktyabr 2022-ci il tarixində Zaqatala Rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirib.   QHT.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin […]

Əlaqəli yazılar

Kateqoriyalar