Səhiyyə sektorunda şəffaflıq və hesabatlılığın artırılması müzakirə olunub- QHT-lərin iştirakı ilə

15
Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr davam edir. Yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında səhiyyə sektorunda korrupsiya hallarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə bağlı hazırlanan təkliflər müzakirə olunub.
QHT.az xəbər verir ki, iclasda Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvləri, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri, QHT və özəl sektor nümayəndələri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və dövlət orqanlarının təmsilçiləri iştirak ediblər.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin əməkdaşı Nurlan Həsənov gündəlik və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Səhiyyə Nazirliyinin hüquqi nəzarət sektorunun müdiri Elxan Əzizov Səhiyyə Nazirliyinin fəaliyyəti ilə əlaqədar şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin təkmilləşdirilməsi və yaradılması ilə bağlı hazırlanan təklifləri diqqətə çatdırıb.
Müzakirələr zamanı Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin  böyük prokuroru Elnur Musayev , “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB sədri Əhməd Abbasbəyli, Hesablama Palatasının Şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Maarif Abbasov, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri  Elçin Muxtarlı və digərləri öz təklif və qeydlərini bildirdilər.
Vətəndaşların tibb müəssisələrində online rejimdə qəbula yazılması, səhiyyə sisteminin rəqəmsallaşması, «Dərman preparatlarının dövlət elektron reyestri»nin formalaşdırılması və «Elektron hökümət» portalında xidmətin, tibb müəssisələri və tibb işçiləri haqqında elektron məlumat bazasının yaradılması, ölkə üzrə peyvəndləşmə və yayılan xəstəliklərin elektron qeydiyyatının aparılması, tibb müəssisələrində vətəndaşların tibb sənədlərinin elektron dövriyyəsinin və elektron sağlamlıq sisteminə bütün ölkə əhalisinin keçidinin təmin edilməsi, «Vətəndaşların elektron səhiyyə kabineti» elektron xidmətinin hazırlanması və tətbiq edilməsi ilə bağlı təkliflər səsləndirilib.
Bundan başqa  dərman preparatlarının  avtomatlaşdırılmış təqib sisteminin tətbiq edilməsi, həkimlərin göstərdiyi xidmətin elektron qiymətləndirmə sisteminin yaradılması, həkimlərin etik davranış qaydalarının hazırlanması və tətbiqi, tibb işçiləri üçün onlayn kursların və video təlimlərin (vebinar) keçirilməsi, müxtəlif xəstəliklər üzrə mobil aplikasiyaların yaradılması və tətbiqi, xəstəliklər üzrə səhiyyə statiskasının təkmilləşdirilməsi və elektron sistemləşdirilməsi, xüsusi sahələr üzrə təkliflərin hazırlanması üçün fokus qrupların yaradılması, 1 yanvar 2020-ci ildə ölkə üzrə tətbiq olunacaq İcbari Tibbi Siğorta ilə bağlı əhalinin maarifləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Müzakirələrin sonunda Səhiyyə Nazirliyinin əməkdaşı sualları cavablandırıb və təkliflərlə bağlı rəyinin bildirib. Təkliflərin ümumiləşdirilməsi, sistemləşdirilməsi və növbəti müzakirələrdə bir daha nəzərdən keçirilməsi qərara alınıb. Korrupsiyaya qarşı mübarizə Komissiya vətəndaş cəmiyyəti nümayəndələri və bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə və rəy və təkliflərini elektron və ya yazılı şəkildə, o cümlədən İşçi Qrupun iclasında iştiraka dəvət edir.

15 thoughts on “Səhiyyə sektorunda şəffaflıq və hesabatlılığın artırılması müzakirə olunub- QHT-lərin iştirakı ilə

  1. Я бы хотел отметить актуальность и релевантность этой статьи. Автор предоставил нам свежую и интересную информацию, которая помогает понять современные тенденции и развитие в данной области. Большое спасибо за такой информативный материал!

  2. pg slotมากมาย เล่นง่ายจ่ายจริง แตกจริง ต้อง pg slot เท่านั้น! เล่นสล็อต พีจีสล็อต เว็บไซต์ตรงผู้ให้บริการเกมสล็อตออนไลน์ชั้นหนึ่ง ทกลอง เล่น ฟรี พร้อมโบนัส

  3. pgaztecเกมแตกดี ที่สุด ในตอนนี้ เป็นหนึ่งในเกมสล็อตที่ได้รับความนิยมจากผู้เล่นมากมาย เกมนี้มีธีมที่น่าสนใจจากชุดหุ่นของชนบทและวัฒนธรรมอะซเทคจาก pg slot ซึ่งนำเสนอบรรยากาศ

  4. pgยอดเยี่ยมเกมออนไลน์สล็อตบนมือถือแบบใหม่ปัจจุบันของโลกสมัครเล่น PG SLOT วันนี้ไม่มีเบื่อไม่ซ้ำซากในแบบการเล่นเดิมๆอีกต่อไปเป็นเกมสล็อตที่แจ๊คพอตแตกหลายครั้งที่สุดลองเลย

  5. เฮง 666อาจเป็นคำว่า เฮง ที่มีความหมายตามคำนิยามทั่วไปของภาษาไทย ซึ่งหมายถึงสิ่งที่โชคดีหรือมีโชคร้ายตามบางกรณี และตัวเลข “666” เกม สล็อต อาจมีความหมายเชื่อมโยงกับศาสนา

  6. Good day I am so grateful I found your website, I really found you by mistake, while I was searching on Askjeeve for something else, Nonetheless I am here now and would just like to say cheers for a fantastic post and a all round thrilling blog (I also love the theme/design), I dont have time to look over it all at the minute but I have saved it and also added in your RSS feeds, so when I have time I will be back to read a lot more, Please do keep up the excellent b.

  7. pgเปิดเว็บบราวเซอร์ และไปที่เว็บไซต์ pg หรือเว็บไซต์ที่ต้องการเข้าสู่ระบบการเข้าสู่เว็บไซต์เกมหรือบริการออนไลน์มักเป็นกระบวนการที่ง่ายและสะดวก

  8. pg mobile slotเล่นได้ทุกที่ แตกดี เป็นแพลตฟอร์มการเล่นเกมสล็อตออนไลน์ที่ถูกออกแบบมาเพื่อให้ผู้เล่นสามารถเข้าถึงเกม PG ได้ทุกที่ทุกเวลาผ่านอุปกรณ์มือถือหรือแท็บเล็ตของพวกเขา

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Vacancy for Cyber Security Associate in Baku, Azerbaijan

Bz Sen 15 , 2019
Share on Facebook Tweet it PwC Azerbaijan is happy to announce a new vacancy of Cyber Security Associate in RAS division of Assurance department! About the role Diverse nature of projects which will enable you to choose your career path either in more technical (e.g. cyber-security) or management consulting (e.g. […]

Əlaqəli yazılar

Kateqoriyalar