QHT-dən çağırış: Ekoloji tələblərə ciddi əməl etməlıyik

1

“Ana Kür” İctimai  Birliyinin  Kür çayı sahilində keçirdiyi  tədbir səmərəli oldu.

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin  qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstək”  layihəsinin  növbəti tədbiri Salyanda, Kür çayı sahilində yerləşən  Kürkənd kəndində keçirilmişdir.Tədbirdə  məktəb kollektivi ilə bərabər  layihə komandası, rayon ictimaiyyətini təmsil edə qeyri- hökumət təşkilatlarının nümayəndələri, kənd sakinləri iştirak etmişlər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov layihənin ideya və məqsədləri, gözlənilən nəticələr və icra planına daxil olan fəaliyyət barədə məlumat vermişdir. Sonra məktəb direktoru Sitarə Tağıyeva  Kürkənd kəndində, çay sahilində  Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəbdə ekoloji işin təşkili təcrübəsindən danışmışdır. Əməkdar müəllim, rayon ziyalılar ictimai birliyinin sədri Allahverdi Piriyev, rayon ağsaqqallar şurasının sərd müavini Məhəmməd Ağayev  çıxış edərək  dünyada baş verən ekoloji proseslərin qlobal nəticələrindən danışmış, respublikamızın ən  böyük çayı olan  “Kür”ün  mövcud vəziyyəti barədə söz açmışlar.

 

Qeyd edilmişdir ki, çayın suyunun tərkibi nəinki  Ümumdünya Səhiyyə Təşkilatının standartlarına, heç texniki tələblərə belə çavab vermir. Bu  hər birimizi ciddi düşündürməlidir. Hər birimiz çayla təmasda ekoloji tələblərə ciddi əməl etməlıyik. Diskusiya şəraitində keçən tədbirdə məktəbin müəllimləri, ərazidə yaşayan sakinlər və yuxarı sinif şagirdləri də fəallıq göstərmişlər. Təkiliflər aidiyyatı təşkilatlara ünvnlamaq üçün qeydə alınmışdır. Çay süfrəsi ətrafında söhmət maqraqlı və məzmunlu olmuşdur.

 

İştirakçılar  tədbir otağını yeni düşüncə ilə tərk etmişlər.Onlara layihənin press-relizi və digər maarifləndirici vasitələri də paylanılmışdır.

 

One thought on “QHT-dən çağırış: Ekoloji tələblərə ciddi əməl etməlıyik

  1. Geri izləmə: important source

Comments are closed.

Next Post

Texniki-peşə təhsilinin təbliğinə dair seminar keçilib

Şb Okt 15 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1559/#RFNDXzAwMTItMzA Sumqayıt şəhəri 21 saylı orta məktəbində yuxarı  sinif şagirdlərinə əmək bazarının güçləndirilməsi üçün texniki-peşə təhsilinin təbliğinə dair seminar keçirilib. Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Əmək bazarının gücləndirilməsi üçün Sumqayıt şəhər orta ümumtəhsil […]

Əlaqəli yazılar

Kateqoriyalar