Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsinə yekun vurub. Məlumat üçün bildiririk ki, 4-10 sentyabr 2019-cu il tarixlərini əhatə edən qrant müsabiqəsinə 26 layihə təqdim olunub. Layihələrin ekspertizası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin mütəxəssisləri və müstəqil ekspert tərəfindən aparılıb. Bu layihələrdən 12-sinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Müsabiqə nəticələrindən narazı qalan QHT-lər 25 sentyabr 2019-cu il, saat 18:00-dək Şuranın Apelyasiya Komissiyasına müraciət edə bilər. Müsabiqə qalibi olan QHT-lər 20-27 sentyabr 2019-cu il tarixlərində e-növbə proqramı vasitəsilə layihə sənədlərini razılaşdıraraq Şura ilə müqavilə bağlaya bilər.
3 thoughts on “Şura Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub”
Comments are closed.