Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları, beyin mərkəzləri təmsilçilərinin, müstəqil tədqiqatçıların genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf və indikatorlarının ölkədə icrası vəziyyətinə dair kiçik tədqiqat işlərinin dəstəklənməsi nəzərdə tutulub.
Bu məqsədlə tədqiqat işlərinin qəbulu 25 Oktyabr 2019-ci il tarixinədək açıq elan edilir.