Aktiv qadın və kişilərin təmsil olunacağı “Bərabərlik” platforması yaradıldı

5

Aktiv qadın və kişilərin təmsil olunacağı “Bərabərlik” platforması Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Gənc qadınların hüquqları və İctimai iştirakçılıqda maneələr” layihəsi çərçivəsində “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi tərəfindən layihənin nəticəsi olaraq təsis olunub.

Layihə çərçivəsində aparılan tədqiqatın nəticələrini təqdim edən araşdırma qrupunun rəhbəri, “İslahatçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli qeyd edib ki, araşdırma çərçivəsində qadınların ictimai-siyasi proseslərdə iştirakının qiymətləndirilməsi və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bir neçə məqsədini özündə əks etdirən ” Qadın gündəliyi”nin tətbiqi və hədəflərinin araşdırılması, Azərbaycanda “qadın gündəliyi və ” gender gündəliyi” arasındakı fərq və bunlarla bağlı ölkədə maarifləndirmənin aparılması, statusundan asılı olmayaraq hər kəs üçün bu terminin anlaşılması və prinsiplərinin hazırlanması məqsədilə QHT-lər və ictimai fəal qadınlar arasında sorğu keçirilib.

Vüsalə Hüseynli qeyd edib ki, layihə çərçivəsində qht-ləri və qadınları üçün keçirilən I fokus qrup və region təömsilçiləri üçün keçirilən II fokus qrup müzakirəsi qadın iştirakçılığı ilə bağlı maneələr araşdırılaraq və təkliflərin müzakirəsini təşkil edilib.

Online formatda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, müstəqil ekspert Zaur İbrahimli, QHT rəhbərləri Mehriban Zeynalova, Məleykə Əlizadə,Ziba Nəbiyeva, Səbinə Kərimova, Bəxti Nəbiyeva, Şəki Balans İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Möhbalı Nağıyev , Beləsuvar rayon Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova, Gəncə şəhər Maarifləndirmə Nizami Bələdiyyəsinin sədr müavini Leyla Məmmədova, Göygöl rayon Regional gender mərkəzinin rəhbəri Şərqiyyə Dadaşova, Elmira İsmayılova, Mehriban Abdullayeva və digər qht rəhbərləri, ictimai aktiv xanımlar çıxış edərək hazırlanan araşdırma – hesabatın müvafiq dövlət qurumları və bu sahədə fəaliyyət göstərən QHT-lər üçün vacib mənbə və fəaliyyət istiqamətləri ola biləcəyini diqqətə çatdırıblar.
Çıxışlar və müzakirələrdə BMT-nin Baş Assambleyası tətəfindən 2016-cı ildə qəbul edilmiş “Qadın gündəliyi -2030” bəyəmnaməsindən irəli gələn bir sıra məqsədlər yerli vəziyyətlə müqayisə olunaraq, təkliflər irəli sürülüb. Eyni zamanda Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin (SEDAW) Azərbaycanın VI dövrü hesabatı üzrə yekun tövsiyələrinin araşdırılması və praktik addımların atılması üçün hökumət və QHT-lərdən ibarət işçi qrupunun yaradılmasının vacibliyi xüsusi vurğulanıb.

Müzakirələr zamanı bildirilib ki, tədbiqatda gender büdcəsi, gender gündəliyi, qadınların səlahiyyətləndirilməsi ilə bağlı ictimaiyyət arasında maarifləndirmə, vəkillik işlərinin təbliği, yenilənən stereotiplərin aradan qaldırılması üçün alətlərin tapılması məsələləri də yer alıb.

İctimai müzakirədə səsləndirilən fikirlər nəzərə hazırlanmış tədqiqatın tövsiyələrlə birgə hazırlanaraq hökumətə və aidiyyəti dövlət qurumlarına təqdim olunacağı qeyd edilib.
Tədbirin sonunda ölkədə aktiv, cəmiyyətə faydalı olan qadın və kişilərin birgə fəaliyyəti üçün ” Bərabərlik Platforması” təsis olunub. Platformanın əsas məqsədi ətrafına, icmasına faydalı olan insanların təbliğatının aparılaraq, cəmiyyətə təqdim edilməsidi.

5 thoughts on “Aktiv qadın və kişilərin təmsil olunacağı “Bərabərlik” platforması yaradıldı

  1. Geri izləmə: xo666
  2. Geri izləmə: best mushroom gummies
  3. Geri izləmə: cabana tent for sale
  4. Geri izləmə: quik 2000

Comments are closed.

Next Post

<p><strong>QHT Tibb Universitetində narkomaniya, onun fəsadları və müalicə metodları mövzusunda tədbir keçirib</strong></p>

Ç Okt 26 , 2022
Share on Facebook Tweet it Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əczaçılar Klubu” ictimai birliyinin tərəfdən “Sağlam həyat, sağlam gələcək” layihəsinin icrası davam edir. QHT.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Azərbaycan Tibb Universitetində narkomaniya, onun fəsadları, müalicə metodları baş tutub. Tədbirdə çıxış edən “Əczaçılar Klubu” ictimai […]

Əlaqəli yazılar

Kateqoriyalar