
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi il ə həyata keçirilən layihə 5 ay müddətində icra olunub.
Tədbiri giriş nitqi ilə açan İctimai Birliyin sədri Akif Kərimov bildirib ki, həyata keçirilən layihə həssas sosial qrup nümayəndələrinin (əlillərin, müharibə veteranların və şəhid ailələrinin üzvlərinin) dərzilik peşəsinə yiyələnməklə (kurslar cəlb etməklə) plastik torbalardan istifadənin məhdudlaşdırılması və parça torbalardan istifadə istiqamətində təbliğat işinə cəlb olunmasını əhatə edib.
Layihə çərçivəsində həssas qruplardan olan 30 nəfərin dərzilik kurslarına cəlb olunduğunu bildirən Akif Kərimov qeyd edib ki, qrup halında baş tutan təlimlər 3 ay müddətində keçirilib. Layihənin sonunda kurs nümayəndələri tərəfindən 1000 ədəd parça torba hazırlanıb.
Akif Kərimov bildirib ki, layihənin ikinci mərhələsində təbliğat məqsədilə parça torbaların səyyar təqdimatları keçirilib. Bu təqdimatlar Beta Tea Azerbaycan müəssisəsində, Türkiyənin Azərbaycandakı səfirliyində, Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF), SƏS informasiya agentliyində, “Yeni Azərbaycan” qəzetinin redaksiyasında, Milli QHT forumunda və digər qurumlarda keçirilib və həmin müəssisələrə layihə çərçivəsində hazırlanan parça torbalar təqdim edilib.
Tədbirdə çıxış edən QHT nümayəndələri və ziyalılar əhalisinin sağlamlığının qorunması məqsədi ilə bu kimi təbliğat işlərinin vacibliyini qeyd ediblər.
Sonra dərzilik kursunda qatılan şəxslər yaradılan imkana görə, uyğun qurumlara təşəkkürünü bildiriblər.
Tədbirin sonunda təlimləri bitirən istilaçılara sertifikatlar təqdim olunub.
8 thoughts on ““Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsinin yekun tədbiri keçirilib”
Comments are closed.