Şura vakansiya elan edir-beynəlxalq əlaqələr üzrə mütəxəssis

Katibliyin beynəlxalq əlaqələr üzrə mütəxəssisi

Vəzifə funksiyaları

Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi ölkələrlə və beynəlxalq təşkilatlarla qeyri-hökumət təşkilatları sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsində iştirak edir;

Müxtəlif inkişaf tempinə malik ölkələrdə qeyri-hökumət təşkilatları sahəsində dövlət siyasətinin tənzimləyici əsaslarını öyrənir və bu istiqamətdə müqayisəli təhlillər aparır, arayış, rəy və təkliflər hazırlayır;

Qeyri-hökumət təşkilatları da daxil olmaqla vətəndaş cəmiyyəti institutları haqqında beynəlxalq miqyasda tanınmış reytinq göstəricilərini izləyir, təhlillər aparır və bununla bağlı müvafiq arayışlar hazırlayır;

Qeyri-hökumət təşkilatlarının ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər hazırlayır və təqdim edir;

Beynəlxalq layihələrin idarə olunmasını, əlaqələndirilməsini, monitorinqini, o cümlədən nəticələrin və davamlılığının izlənilməsini təmin edir;

Şuranın keçirdiyi tədbirlərə xarici dövlətlərin nümayəndəliklərinin və beynəlxalq təşkilatların dəvət edilməsi təşkil edir.

Vəzifə maaşı: 930 manat

Vəzifənin tutulmasına dair tələblər Ali təhsil (humanitar ixtisaslar üzrə) Azərbaycan, rus və ingilis dilini səlis bilməlidir (yazılı və şifahi).

Təşkilatçılıq səriştəsi Problem həll etmə səriştəsi

Ünsiyyət qabiliyyəti

Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti

Maraqlanan şəxslər ərizə və aşağıda qeyd olunan digər sənədlərlə 20 oktyabr 2019-cu il saat 17:00-dək c.aliyeva@cssn.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər: – şəxsiyyət vəsiqəsinin surəti – kadrlar uçotunun şəxsi vərəqəsi – ali təhsil haqqında sənədin surəti – əmək kitabçasının surəti (olduğu təqdirdə) – rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Next Post

Mingəçevir, Şirvan və Quba – Xaçmaz rayonlarinda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təmsilçilərinin xidmət təkliflərinin qəbulu elanı

Ca Okt 3 , 2019
Share on Facebook Tweet it Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondunun ekspertləri “Qadınların Səsinin Aşkarlanması” adlı fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mingəçevir, Şirvan və Quba-Xaçmaz ərazisində fəaliyyət göstərən […]

Əlaqəli yazılar

Kateqoriyalar