ŞƏHİDLƏR YAD EDİLİB

Artıq bildirdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq, 31 avqust 2020-ci il tarixdən etibarən “Könüllü ol – Könüllərdə ol” adlı layihənin icrasına başlamışıq.

Layihə çərçivəsində (#ŞəhidimİZ aksiyası) ilk olaraq, 19 oktyabr 2020-ci il tarixdə altı şəhid ailəsinə ərzaq yardımının təşkil edilməsi məqsədilə kuponlar hazırlanaraq, onların ünvanlarına göndərilib.

Bu gün isə könüllü gənclərlə birlikdə Qazax rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarlarına gül dəstələri qoyulub, onların əziz xatirələri böyük ehtiramla yad olunub. Qeyd edək ki, Şəhidlər Xiyabanında Birinci Qarabağ Müharibəsi ilə yanaşı, hazırda da davam edən Vətən Müharibəsində canlarını qurban vermiş vətən oğulları dəfn edilib.

Qeyd edək ki, layihə çərçivəsində bundan başqa, üç tarixi abidəyə səfər (#TariximİZ aksiyası) və “Könüllü kuboku” adlı intellektual yarışmanın (#BiliyimİZ) keçirilməsi nəzərdə tutulur.

Next Post

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətləri müzakirə edilib

Şb Noy 7 , 2020
Share on Facebook Tweet it Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsi çərçivəsində QHT TV-də növbəti veriliş yayımlanıb. Verilişdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi […]

Əlaqəli yazılar

Kateqoriyalar