“İstedadlı Əlillər” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

1

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Təşkilatın sədri Qubad Qasımov Turkustan.az-a açıqlamasında bildirib ki, layihəninin əsas məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünüməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihə çərçivəsində Bakı şəhəri Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdə özünüməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərüfatı və yaxud kişik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və başadüşülən formada informasiya verilməklə ilə yanaşı bu sahədə mövcud vəziyyət haqqında da müzakirələr aparılacaqdır. Layihə 3 ay davam edəcəkdir.

One thought on ““İstedadlı Əlillər” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

  1. Geri izləmə: โคเวย์

Comments are closed.

Next Post

“Şanlı Vətənim Azərbaycan!” layihəsinin icrasına start verildi

C Sen 16 , 2022
Share on Facebook Tweet it “Bizim şəhər”Sumqayıt Sosial İnkişaf Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sumqayıt məktəblərində “Şanlı Vətənim Azərbaycan!” müsabiqəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin ideyası Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etmək,yeni yetişən nəslin milli-mənəvi dəyərlərimizi öyrətmək, bədii-estetik zövqlərinin formalaşdırılmasını düzgün yönləndirməkdir. Layihənin […]

Əlaqəli yazılar

Kateqoriyalar