Layihə çərçivəsində narkomaniyaya qarşı maarifləndirilmə tədbirləri davam etdirilir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin  icrası çərçivəsində Qazax rayonunun  7 secilmiş kəndində sakinlərlə görüşləri davam etdirir.

Layihənin üçüncü tədbiri Qazax rayonunun Birinci Şıxlı  kəndində keçirilmiş və həmin kəndin  sakinləri ilə görüşülmüşdür.

Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda  insanların xüsusəndə gənclərin  narkomaniyaya  qarşı maarifləndirilməsində  kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği  məqsədi ilə idman yarışlarının  , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov , Qazax RiH-nin Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi müavini Çərkəz Adığözəlov və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu  Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.

Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.

 

 

 

 

 

 

 

 

 

 

Next Post

Agentliyin dəstəyi ilə qadınlar sahibkarlıq bacarıqlarını təkmilləşdirir

C Sen 23 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1440/#MEpIOTBLUmVXRVh Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2022-ci il Sentyabr ayının 19, 20 və 21-ndə layihənin fəaliyyət planına uyğun olaraq silsilə təlimlərə başlandı.  Təlimlərdə, Şəki […]

Əlaqəli yazılar

Kateqoriyalar