QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edir

2

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kəndində sakinlərlə görüş nəzərdə tutulmuşdur.

Layihənin altıncı tədbiri Qazax rayonunun Orta Salahlı kəndində keçirilmiş və həmin kəndin sakinləri ilə görüşülmüşdür.

Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda insanların xüsusəndə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədi ilə idman yarışlarının , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Xəlilov Azim ,Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Nəsibov Ramin və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.

Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2 thoughts on “QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edir

  1. Geri izləmə: xo666

Comments are closed.

Next Post

QHT əlilliyi olan şəxslərin iqtisadi aktivliyini dəstəkləyir

Bz Sen 25 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1477/#V2hhdHNBcHAtSW1 “İstedadlı Əlillər” Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş […]

Əlaqəli yazılar

Kateqoriyalar