İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbiri keçirilib

“Sağlamlığa Xidmət” İctimai birliyi Xaçmaz rayon Turizm və İnformasiya Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə yanaşı, sıravi vətəndaşlar da iştirak edib. Tədbirin məqsədi rayon əhalisini, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaq idi. Tədbiri giriş sözləri ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Sona Hacıyeva İcbari tibbi sığortanın ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi ilə tətbiq edildiyini və bu sistemin pilot rayonlardakı uğurlu fəaliyyətindən danışıb.

Daha sonra Sağlamlığa Xidmət İctimai birliyinin “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsinin rəhbəri Pərvanə Vəliyeva İcbari tibbi sığorta haqqında geniş təqdimatla çıxış edərək, iştirakçıların suallarını cavablandırıb, sistem barədə təkliflərini dinləyib.

Tədbirdə iştirak edən tibb işçiləri 1 yanvar 2020-ci ildən dövlət səhiyyə sisteminə daxil olan və “TƏBİB”-in tabeçiliyində olan tibb müəssisələrində çalışan həkimlərin məvaciblərinin artırılmasının sevindirici hal olduğunu bildirmiş və ölkə başçısına səhiyyə sahəsində aparılan böyük islahatlara və tibb işçilərinin ölkədə nüfuzunun artırılmasına xüsusi diqqət göstərdiyinə görə dərin təşəkkürlərini bildirmişlər.

Next Post

Şura Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi müsabiqəyə yekun vurub

C Sen 20 , 2019
Share on Facebook Tweet it Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsinə yekun vurub. Məlumat üçün bildiririk ki, 4-10 sentyabr 2019-cu il tarixlərini əhatə edən qrant müsabiqəsinə 26 […]

Əlaqəli yazılar

Kateqoriyalar