“Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib

2
Oktyabrın 23-də Nizami Kino Mərkəzində eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib.
QHT.az xəbər verir ki, nümayişdən əvvəl layihənin rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək görülmüş işlə bağlı məlumat verib.
Bildirdi ki, “Bir qalanın sirri” filminin surdo-tərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.
C.Hüseynzadə qeyd edib ki, layihə çərçivəsində bu filmdən əlavə bir cizgi filminin surdo-tərcümə formatında hazırlanması nəzərdə tutulur. Eyni zamanda, 3 mövzuda maarifləndirici videolar hazırlanaraq surdo tərcümə olunması həyata keçiriləcək. Hazırlanmış ekran əsəri və cizgi filmi disk formasında eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara təqdim olunacaq.
Layihə rəhbərinin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu gün dünyada 360 milyona yaxın insan eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. O əlavə edib ki, Azərbaycanda da bu qəbildən olan xeyli sayda insan var. Dövlət tərəfindən həmin şəxslərlə bağlı proqramlar genişlənməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə işçi qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması üçün hüquqi baza formalaşdırılır. Qanuna ediləcək dəyişiklikdən sonra televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də nəzərdə tutulur.
Tədbirdə çıxış edən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, layihənin eksperti, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova nazirliyin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasında, onların informasiyaya əlçatanlığının təminatında bu layihələrin böyük rolu var.
Sonra film nümayiş olundu. Ekran əsəri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

2 thoughts on ““Bir qalanın sirri” filminin surdo-tərcümə vasitəsilə nümayişi keçirilib

Comments are closed.

Next Post

"Gənclərin Həmrəyliyi" ictimai birliyi son tədbirini keçirib

Be Okt 28 , 2019
Share on Facebook Tweet it https://grant.az/?p=427/#aGVtcS0zMDB4MjI AR Gənclər Fondunun maliyyə dəstəyi ilə”Gənclərin Həmrəyliyi” ictimai birliyi “Regionlarda gənclər arasında könüllülüyün təşviqi” adlı layihənin son tədbirini, 26.10.2019-cu il tarixdə Balakən rayon “Gənclər Evində” 20 gəncin iştirakı ilə həyata keçirib. Öncəki 3 rayonda olduğu kimi, Balakən rayon gənclərinə də könüllülüyün əhəmiyyətini, onların həyatının […]

Əlaqəli yazılar

Kateqoriyalar