İsmayıllıda “ilk dəfə səs verən gənclərin maasrifləndirilməsi” adlı tədbir keçirilib

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verən gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində İsmayıllı rayon Humanitar və Texnologiya kollecində ilk dəfə səs verən rayon gəncləri ilə görüşüb.

Kollecdə gənclərə maarifləndirici təlim keçirilib. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi Namik Kərimov çıxış edərək, tədbirin əhəmiyyətindən danışmışıb. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva qarşıdan gələn seçkilərin keçirilməsi ilə bağlı layihənin aktuallığından danışıb.

Layıhənin təlimçi-ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova gənclərə İlk dəfə səs verən gənclərin seçki prosesinə geniş cəlb olunmasından danışaraq, qarşıdan gələn seçkilərdə gənclərə seçki prosesində fəal iştirak etməyi tövsiyə olunmasına kömək etmək üçün onlara seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və vacibliyi barədə maarifləndirici təlim-seminar keçirilib. Sonda Kollecin rəhbər işçiləri bu kimi vacib məsələlərin keçirilməsini alqışlamış və belə maarifləndirici layihələrin bölgələrdə keçirilməyini dəstəkləmişlər.

 

Next Post

“Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” adlı tədbir keçirilib

Ça Okt 29 , 2019
Share on Facebook Tweet it https://grant.az/?p=448/#NzQ2MDk0MzVfMTA İsmayıllı rayonunda  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin həyata keçirdiyi “Məişət zorakılığına məruz qalan qadınların maarifləndirilməsi və hüquqi yardım göstərilməsi” adlı tədbir keçirilmişdir. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva bildirib ki, […]

Əlaqəli yazılar

Kateqoriyalar