Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirləri davam etdirir

Noyabrın 25-də Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) 62 saylı məktəb-liseydə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini həyata keçirmişdir.
İlk olaraq tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarova tədbirən qatılan QHT və Mətbuat nümayəndələrinə, xüsusilədə, layihəni həyata keçirən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinə (VMGİB) öz minnətdarlığını bildirərək sözü VMGİB-in prezidenti Dyanət Həsənova vermişdir. VMGİB-in rəhbəri ilk öncə layihənin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəkləndiyi üçün Şuraya, hər zaman layihələrin məktəblərdə həyata keçirlməsinə müsbət rəy bildirdiklərinə görə TəhsilNazirliyinə və BakışəhərTəhsilidarəsinə, 62saylıməktəbliseyin müdiri Mətanət Cabbarovaya, müəllim və şagird kollektivinə layihənin həyata keçirilməsinə şərait yaratdıqlarına görə birlik adından öz təşəkkürünü bildirdi.
Nəsimi ili haqda danışarkən, D.Həsənov bildirdi ki, İmadədinNəsiminin Azərbaycan ədəbi mühitinə verdiyi töhvələr misilsizdir. Nəsimi Azərbaycan xalqının milli sərvətidir! Onun şer və qəzəlləri hər zaman öz fəlsəfi anlamıyla ədəbiyyatşunasların elmi araşdırmalarına səbəb olmuşdur. Daha sonra VMGİB rəhbəri layihə haqda geniş məlumat vermək məqsədilə sözü VMGİB-in təsisçisi, layihənin rəhbəri Nəsimi Qarabağlıya vermişdir. N.Qarabağlı layihə haqda şagirdlərə ətrafll bilgi verərək bildirmişdir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olması münasibətilə, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Elə bu səbəbdəndə dövlət və qeyri dövlət qurumlarında, “Nəsimiili” nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. VMGİB-də bundan çıxış edərək, Prezident yanında QHTlərəDövlətDəstəyiŞurasına “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini təqdim etmiş və layihə Şura tərəfindən dəstəklənmişdir. 
Layihə rəhbəri bildirmişdir ki, layihənin məqsədi siz şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirlərindən, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsindən və onun #Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin ədəbi şer-qəzəl dünyasıyla tanış olmaqdır. Heç də təsadüfi deyilki, məhz Nəsimi adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır.Layihəylə bağlı fikir bildirmək üçün N.Qarabağlı QHT-rəhbəri, #Əsgər Ailələrinı Dəstək İctimai Birliyinin sədri, jurnalist Mətanət Əsgərqızına çıxış üçün söz verdi. M.Əsgərqızıda öz növbəsində dəvət üçün VMGİB rəhbərinə və layihə rəhbərinə öz minnətdarlığını bildirərək, Nəsimi yardıcılığıyla bağlı öz fikirlərini bildirdi.
Daha sonra, təşkilat tərəfindən şagirdlərin birgə hazırladıqları Nəsimi yaradıcılığına və həyatına həsr edilmiş yazılar, şagirdlərin və müəllimlərin ifasında Nəsimi qəzəlləri “Hardasan”, “Ağrımaz”, “Yanaram”, “Məndəsığarikicahan” və sairləri səsləndirilmişdir. Layihə boyunca Nəsimi yaradıcılığı ilə bağlı qarşılıqlı diskusiyalar aparılmışdır.Şagirdlər arasında ən fəalları VMGİB-in Fəxri Fərmanı ilə təltif edildilər. Layihə çərçivəsində hazırlanmış bukletlər, qeyd kitabçaları və qələmlər şagirdlərə paylanmışdır.
Dəvət olunan digər QHT lər, “Dünya Azərbaycanlılarınln Vətənpərvərləri” İctimai Birliyinin, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin, “Çanaqqala” elmi-humanitar İctimai Birliyinin, “Ədib” İctimai Birliyinin və media nümayəndələrinində iştirak etdikləri layihə öz işguzarlığıyla yadda qaldı.Çay süfrəsi arxasında diskusiya şəklində 62 saylı məktəb-liseydə davam etdirilən layihə sonda şagirdlərlə birgə xatirə şəkilləri çəkdirilərək yekunlaşdı.Layihə davam edir.

Next Post

“Nəsimi” bədii filminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanmış surdo-tərcümə versiyasının təqdimatı olub

C Noy 29 , 2019
Share on Facebook Tweet it “Nəsimi” bədii filminin eşitmə və nitq qabiliyyəti olmayan şəxslər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanmış surdotərcümə versiyasının təqdimatı (Park Cinema Flame Towers) keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eşitmə və nitq qabiliyyəti olmayan şəxslər iştirak […]

Əlaqəli yazılar

Kateqoriyalar