“Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi davam edir – FOTO

Diqqət !  Sabunçu rayonu Maştağa qəsəbəsində 5 ümumtəhsil məktəbdə,  “Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası  davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant vəsaiti ilə  «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən  Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan “Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi çərçivəsində 20.10.2022-ci il tarixində  Cavid Nurməmmədov adına 108 № li tam orta məktəbdə layihənin təqdimatı keçirilmişdir. 

Məktəbin direktoru E.Məmmədova  pedaqoji kollektivin üzvlərinin diqqətinə çatdırmışdır ki,  «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək !” layihəsi  bu gün təhsilin prioritet mövzularından birinə çevrilmişdir və olduqca aktualdır. Yol qaydalarını bilmək və onlara ciddi  riayət etmək  hər bir vətəndaşın borcudur. Məktəblilər arasında bu tipli layihələrin icrası onların maarifləndirilməsinə kömək edir və bir çox hallarda, uşaqlarla baş verən yol qəzalarının qarşısini alır. 

Sonra layihə  rəhbəri  N.Nəcəfov  layihə barədə geniş məlumatla verdi. Q  bildirdi ki, məktəblilər arasında yol  hərəkəti qaydalarının öyrənilməsi və bu qaydalara əməl olunması şagirdlər üçün vacibdir,

 

Bu onların sağlam böyüməsinə, inkişaf etməsinə yardım göstərir. Nəqliyyat vasitələrinin sayı günü-gündən çoxalır, bu da yol-nəqliyyat hadisələrinin  artmasına gətirib çıxarır. Təəssüflə qeyd edirik ki, yol-nəqliyyat hadisələri  uşaqlardan yan ötmür, onların sağlamlığına ziyan vurur, bəzən uşaq ölümü ilə nəticələnən faciələr də baş verir. 

«Oriqami» uşaq birliyi yol hərəkəti  qaydalarının öyrənilməsi, uşaqlar tərəfindən daha yaxşı yadda qalması və bu sahədə  düzgün davranış qaydalarının vərdiş halına gətirilməsi məqsədi ilə mövcud pedaqoji üsullarla yanaşı, daha bir yeni, öyrədici, hərəkətli modul işləyib hazırlamışdır. Bu üsulun ibtidai sınıflərdə tətbiqi təklif olunur. Modul-dekorasiya qurularaq, rollu, süjetli, hərəkətli oyun formasında müxtəlif yol situasiyası şəklində  icra olunur. Bu halda iştirakçılara, yol hərəkəti qaydalarına dair bilikləri öyrənmə, yadda saxlama və düzgün əməl etmə kimi sifətlər aşılanır, vərdişlər öyrədilir və praktik olaraq, onların fəal iştirakı ilə həyata keçirilir. Proses  zamanı yol nişanlarını tanıma, işıqfordan düzgün istifadə etmə, yolu  keçərkən diqqətli olma, piyadaların keçidlərindən istifadə etmə xüsusi yer tutur.  Layihənin icrası,  təklif olunan modulun 30 nəfər qız və oğlanın  aktiv  rollu, hərəkətli oyun  formasında icrasından ibarətdir. Məktəblilərə, yol hərəkəti qaydalarının təklif olunan üsulla öyrədilməsi «Oriqami» uşaq birliyinin sərəncamında olan əyani vasitələrin  və  xüsusi avadanlığın köməyi ilə  həyata keçirilir.

      N.Nəcəfov «Yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin  icrası ilə bağlı  ibtidai  sinif müəllimlərin, psixoloqların suallarına  cavab verdi və maarifləndirmə prosesində qabaqcıl tədris metodikalarının tətbiqinin pozitiv  nəticə verəcəyinə əminliyini bildirdi.   

 

 


Next Post

Basic Life Skills layihəsi çərçivəsində təlimlər başa çatıb - FOTO

C Okt 21 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1594/#SU1HXzA5ODYtMzA Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində təlimlər başa çatıb. http://grant.az/?p=1594/#NTMxZjE1YTg2ZjZ 20 sentyabr tarixindən start verilən təlimlər (16 mövzu) 10 gün […]

Əlaqəli yazılar

Kateqoriyalar