Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsi çərçivəsində QHT TV-də növbəti veriliş yayımlanıb. Verilişdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq humanitar hüquq kontekstində qiymətləndirilməsi ilə bağlı hazırladığı hesabat vəişğaldan azad olunmuş ərazilərdə törədilən erməni vandalizminin dünyaya çatdırılması istiqamətində vətəndaş cəmiyyətinin rolu ilə bağlı müzakirə aparılıb.
Verilişin 2-ci hissəsində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə ilə bağlı fikirlərini bölüşüb.
ŞƏRHLƏR
3 thoughts on “Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi müharibə cinayətləri müzakirə edilib”
Comments are closed.