Əsası Ümummilli Lilderimiz Heydər Əliyev tərfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədi ilə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sən kimi seçirsən – sevdiklərini, yoxsa narkotiki! adlı sosial çarxın çəkilişi həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim edilmiş ssenariyə uyğun olaraq, rejissor, ssenarist, aktyorlar və çəkilişin texniki heyəti ilə görüş keçirilmiş, ssenari üzrə bir daha müzakirələr aparılmış, sosial çarxın çəkiləcəyi ünvanlar müəyyənləşdirilmiş, avadanlıqlar icarəyə götürülmüş, digər məsələlər həll edilmiş, təqdim edilmiş qrafikə uyğun olaraq, yaxın günlərdə çəkilişlər başlayacaqdır.
Sosial çarxın çəkilişi bitəndən sonra bu barədə donora və ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
3 thoughts on ““Sən kimi seçirsən – sevdiklərini, yoxsa narkotiki! “adlı layihənin hazırlıq işləri başa çatıb”
Comments are closed.